|
|
|
|
Kanadanın Baş naziri Castin Trüdo tviter hesabında Novruz bayramı münasibətilə təbrik paylaşımı edib.
525.az xəbər verir ki, o, Novruz şənliklərinin tez-tez bütün icmaları bir araya gətirdiyini vurğulayıb.
Hökumət başçısı səmimi arzularını da çatdırıb.
“Novruz bayramınız mübarək! Qarşıdakı ildə cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”, - Castin Trüdo qeyd edib.