525.Az

Azərbaycan gimnastları Latviyada 4 medal qazanıb


 

Azərbaycan gimnastları Latviyada 4 medal qazanıb<b style="color:red"></b>

Batut gimnastikası üzrə Azərbaycan yığması Latviyanın paytaxtı Riqada keçirilən beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıb.

525.az xəbər verir ki, fərdi proqramda Selcan Mahsudova, Samirə Hüseynova, Hüseyn Abbasov birinci, Mehdi Əliyev ikinci yeri tutub.

Mahsudova böyüklər, Hüseynova 11-12 yaşlılar, Abbasov 15-16 yaş yaşlılar arasında qızıl, Əliyev isə 15-16 yaşlılar arasında gümüş mükafata yiyələnib.

Azərbaycan millisi, həmçinin, Avropa Gimnastikasının təşkilatçılığı ilə “inkişaf təlim-məşq” düşərgəsinə qatılıb.

 





19.03.2023    çap et  çap et