525.Az

Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib


 

Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib<b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

525.az xəbər verir ki, Aİ səfiri təbrik videosunu özünün tviterdəki səhifəsində yerləşdirib.

“Əziz Azərbaycan xalqı, bahar ətirli, sevgi dolu Novruz üzünüzə gülsün. Süfrəniz bərəkətli, ruziniz bol olsun!

Əzizinəm yaz gəlsin,

Yaz gəlsin, bahar gəlsin,

Bu Novruz bayramında,

Qəm getsin, sevinc gəlsin.

Novruz bayramınız mübarək olsun!” - Peter Mixalko paylaşımında deyib.

Səfir sonda xanımıyla Novruzun ənənələrindən olan yumurta döyüşdürüb.

 





19.03.2023    çap et  çap et