525.Az

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb


 

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb<b style="color:red"></b>

Bosniya və Herseqovinada təşkil olunacaq Avropa çempionatının əsas mərhələsinin qrup oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

525.az xəbər verir ki, martın 21-dən 26-dək baş tutacaq matçlara ikisi qapıçı olmaqla ümumilikdə 12 futzalçı aparılacaq.

Komanda martın 20-də Bakı-İstanbul-Sarayevo hava reysi ilə Bosniya və Herseqovinaya gedəcək, Sarayevodan isə oyunların keçiriləcəyi Siroki Breyqə avtobusla yollanacaq. U-19-u görüşlərə baş məşqçi kimi İlqar Aslanov çıxaracaq.

U-19-un heyəti və oyunların təqvimi aşağıdakı kimidir:

Əli Quliyev (ADBTİA), Sadiq Əlizadə, Fərid Abbasov, Kənan Rovşani, Rüfət Məmmədli, Qudrət Qasımzadə (hamısı “Baku Fire”), Kərim Babayev (“Zirə”), Şahbaz Həndəmli, Əhməd İsmayılov, Sunay Həsənov, Elşən Mahmudov, İlham Alıyev (hamısı U-19).

 





19.03.2023    çap et  çap et