525.Az

Bütövlük fəlsəfəsi və ya həsrət üstə köklənmiş mübarizlik


 

Bütövlük fəlsəfəsi və ya həsrət üstə köklənmiş mübarizlik<b style="color:red"></b>

Bütöv, tam, vahidbunlar birlik, mükəmməllik, özgüvən ifadə edən sözlərdi. Çünki yarımçıq deyil, pərakəndə deyil, mahiyyət, məna anlamı var. İnsanlar dünyaya gələn andan öz yarılarını, ruh əkizlərini axtarıblar. Tapanlara bir ömürlük səadət, tapmayanlara isə gözü yolda, ümidlə gözləməkdən başqa heç bir şey qalmayıbəgər belə demək mümkünsə.

Bütövlükdən söz açmağıma səbəbKərküklülər-təklənmiş türklərkitabındakı əsas ana xəttin məhz buna həsr olunmasıdır. Amma burda müəllif  Eluca Atalının qismən fərqli yanaşmasına şahid oluruq. Daha geniş anlamdaVətən anlamında, millət anlamında. O, ikiyə bölüşdürülmüş Azərbaycanın bütövlüyündən, işğalçı Rusiya İranın tamahları siyasi oyunları ucbatından param-parça olunmuş Azərbaycanın vahidliyindən bəhs edir. Bir xalqın, bir millətin ikiləşməsi ortada yaranan ayrılıq xiffəti. Əslində bu ayrılıq nisgili, birləşmə həsrəti Elucanın yaradıcılığının  ana xəttini təşkil edir. Elucanın əsərlərində ayrılıq, bölünmə nisgili ağlarcasına, ümidsizcəsinə, sızıltıyla, yazıqlıqla müşayiət olunmur. Burada dərdimiz üsyankarcasına, qətiyyətlə təsvir edilir. Yazıçı ikiyə bölünmüş millətimizin, torpaqlarımızın göz yaşlarıyla, dizimizi qucaqlayaraq fikir-xəyal etməklə birləşməyəcəyindən əmindir buna görə qurtuluş yolunu mücadilədəxalqın azadlığı uğrunda mübarizə apara biləcək gəncliyin, milli fəalların yetişməsində, milli ruhun oyanmasında görür, bir gün azad yaşamağın yüz il buyunduruqda olmaqdan daha üstünlüyünü beyinlərə təlqin etməkdən usanmır, qələmini çox vaxt bu müqəddəs missiya üçün işlədir.

Eluca AtalınınKərküklülər-təklənmiş türklərkitabı üç bölümdənmüsahibələr, məqalələr ədəbi esselərdən ibarətdir. Birinci bölümdə müəllifin müxtəlif mətbu orqanların təmsilçilərinə verdiyi 23 müsahibə cəmlənib. bu müsahibələrin əksəriyyəti siyasi mövzudadır. “Qürbət Vətən anlayışı”, “Siyasət məhəbbət tanımır, mənfəət tanıyır”, “Bir olmaq zərurəti”, “Diasporun işi birmənalı şəkildə Azərbaycana azərbaycançılığa xidmət etməkdir”, “ diasporamız, əcnəbi ölkələrdə olan səfirliklərimiz Azərbaycanı tanıtma yolunda elə bir ciddi görmürlər sair bu səpkili müsahibələrində onun vətənimizi dünya miqyasında tanıtma yönümündə görülən işlərdən narazılığını, bundan doğan nigarançılığını, vətənimizi xarici ölkələrdə təmsil edən məsul şəxslərin vəzifələrinin öhdəsindən gələ bilməmələrini, məsuliyyət hissindən uzaq olmalarını inandırıcı faktlarla göstərə bilmişdir.

Onun yaradıcılığında qırmızı xətt kimi keçən o taylı bu taylı Azərbaycan dərdi, ikiyə parçalanmış Vətən nisgili əlinə qələm aldığı andan bu günümüzədək davam edir etməkdədir. “8 milyon insana Səhəri yayan İran, 40 milyonu düşünüb telestudiya açmalıdır!”, “Fars demokratlarının balaca siyasi ağılları İranı bir ölkə kimi parçalayacaq”, “Güneydə özümüzdən başqa kənar bir qüvvəyə bel bağlasaq, uçuruma yuvarlanarıq”, “Biz inqilab etməkdə ad-san çıxarmış Türklərik!” başqa yazılarında xalqımızı ikiyə parçalayan şovinist Rusiya molla rejimli İranın millətimizin başına gətirilən fəlakətlərin baiskarları olduğu bu düşmənçilik niyyətlərindən günü bu gün əl çəkməmələri real faktlarla göstərilir. Azərbaycanın cənub hissəsindəki soydaşlarımızın fars rejiminin məngənəsində sıxılması, hüquqlarının hər addımda tapdanması, haqq səslərinin batırılması, milli fəalların həbsxanalarda min cür işgəncəyə məruz qalması s. bu kimi qəlbimizi ağrıdan, qürurumuzu yerlə bir edən faktlara onun yazılarında tez-tez rast gəlirik.

Məqalələri isə ikinci bölümdə toplanıb. Güney Azərbaycan mövzusu bu məqalələrin əsas süjet xəttini təşkil edir. “Türk qılıncı qında paslanmaz”, “Kərküklülərtəklənmiş Türklər”, “İran fars rejiminin Quzey Azərbaycana  sahib  olma yuxusu”, “Bizim gördüyümüz iki, amma tanıdığımız bir Azərbaycan var!”, “Təbrizdə keçirilən Qarabağ konfransı İranın cinayətlərinə bəraət qazandırmaqdır”, “İran adlı məmləkətdə Güney Azərbaycan gənclərinin böyrəyi hərraca qoyulub”, “Güney Azərbaycan qadını bu gün”, “Azərbaycan qadınını geridə saxlayan amillər”, “Tarixə fəhmin gözü ilə baxsan Babəklə fəxr edərsən sair bu səpkili yazıların hər sətri, hər sözü vahid Azərbaycan ideyası, bu ideyanın həyata keçirilməsindən ötrü görülməsi vacib olan işlərdən bəhs edir.

Kitaba adını qoyduğuKərküklülərtəklənmiş Türklərməqaləsi əslində Şəmsəddin KuzəçininKərkük soyqırımıkitabına yazdığı resenziyadır. bu həcmcə çox da böyük olmayan məqalənin hər sətrində üsyankar bir hava var, mübarizliyə, birliyə, var olmağa  çağırış var. Məqalədən bəzi hissələri nəzərə çatdırmaq istəyirəm: “Kərkükün bu  günündə yaşamaq onun yaşaması üçün isə etmək özü fədakarlıqdır... Bu gün açıq şəkıldə Kərkük fəlakəti var... Hansı türk fikirləşir ki, Qarabağ problemi Azərbaycan üçündür, o, köklü şəkildə səhv düşünür. Azərbaycanlılar Qarabağda tək erməni ilə döyüşmədilər. Bütün dünya bizə qarşı oldu... Bu gün türkün Güney Azərbaycan problemi varhansı ki, bölünməsi ilə Qarabağ işğalı başlanmışdır. Bütövləşməsi ilə bu ləyaqətsiz əsarətdən qurtaracağıq... Bu gün ruslaşmış Orta Asiya, kimliyindən ayrılmış, yaddaşını unutmağa vadar edilmiş Sibir, Altay türkləri var...”. Var” – deməklə inamımıza  söykənirik. Əslindəvar olmaq”!  özünə hakim olmaq deməkdir. Hər halda millətin öz dilində danışa bilməməsi, doğma dilin kəlmələrini anlamaması varlıqdan nişan vermir. qədər söyləsək oyanış var, psixikamızda olan manqurtlaşma fəlakətindən yaxa qurtara bilmirik.

Müasir türklərin bir  fəlakəti iki türk aydınının bir-biri ilə ortaq dil olaraq rus dilində danışmasıdır.

 Azərbaycan, Qırğız, Türkmən, Qazax hamısı bir boydandır” – məşhur mahnının sözlərində  olduğu kimi.

Bugünki türklərin təəssüf ki, sayı görünür, boyu, birliyi yox.

Türk fəlakətinin bir ucu da türkün fitrətindən doğur-o, biclik bilmir. Siyasi dünya biclərin meydanıdır. Orda birsifətliyə yer yoxdur. Türksə tarixən, bünövrədən birsifətli olub.

Tariximizi bilirik bildiyimizi sabahımıza tətbiq etməliyik. Fəlakətli bu gün üzərində sabah qura bilmərik... Türk sabahını qurmalıdırümumtürk birliyi əsasında... Qərbin yaratdığı  Avropa birlikləri, Şərqin birlik arzusu ilə yaratdığı İslam Ölkələri Birlikləri türkə gün ağlamadı.

Türkün yeri Şərqdir, amma müasir dünyanın Şərq guşəsində təəssüf ki, türk təkdir. Hər-halda türkün qorxusundan tikilmiş Çin səddini müasir çinlilər nəinki unudub, əksinə gözdağı kimi qoruyub saxlayıblar hələ qoruyacaqlar.

Mən türkü Şərqə, Şərqi türkə düşmən cildində təqdim etmək fikrində deyiləm. Sadəcə bütün dünyanın bir havayaAmerikan havasına oynadığını dərk etmək lazımdır... Türk hansıbirliklərəgirsə , orda öz yalqızlığını görəcək. Buna birinci əsas səbəb dünyanın türk qılıncının qüdrətini unuda bilməməsidir.

Biz türklər psixoloji baxımdan heç kəsin yaddaşına zor edib keçmişini silə bilərik, onu unut əmri verə bilərik. keçmişimiz əks olunmuş tarix kitablarını səhifəsəhifə vərəqləyib şan-şöhrət axtara bilmərik. Düzdür, tarixini bilmək insana qürur verir. Amma unutmayaq ki, türk bu qələbələri qılıncla qazanmışdır. Əsl kişilik meydanı olan üzbəsurət döyüşdə. Türk o zaman məğlub olmağa başladı ki odlu silah çıxdı. Çünki, odlu silah üzbəsurət döyüş tələb etmirdi. Gücsüzün güclünü, zəlilin igidi öldürməyə qadir olduğu halda meydan gərək olmadı. Türksə fitrətən meydanı sevib.

Müasir kərküklülər açıq döyüş meydanındadırlar... Müasir kərküklülər dünyada təklənmiş tüklərin, Şərqdə şərqlilər əlində əzilməsinin bariz nümunələridir.

Türkün türkə sevgisi bütöv olanda Türk Birliyi yaranacaq.

Düşmənə nifrətimiz bütöv olmalıdır!

Türk öz iradəsini ortaya qoymalıdır!”

Kitabın 3- bölümü isəƏdəbiesseleradlanır. Burada toplanmış 7 essenin yalnız başlıqlarına nəzər salsaq görərik ki, hamısında azadlıq, birlik, bütövlük çağırışları var. “Kərkükə çatmaq üçün özünlə yola çıx”, “Yaşamağı öyrətmirlər”, “Hər alışan yanmayır”, “Anlanmamaq qorxusu”, “Yol-dərk edilmiş həqiqətdir”... Sadaladığımız  son yazıdan bir nümunə gətirək:

Səni dərk etməyənin
önündə çökmək şərəfsizlikdir
Vüqarlıların dizi bükülmür.
Gözləri onları aldatmadığı üçün.
Ləyaqətlilərdə zəkalı duyğu
gözün yol yoldaşıdır.
Yol-dərk edilmiş həqiqətdir!
Bunu yalnız həqiqətlə yaşayanlar bilir”.

MüəllifinTəbəssümün rəngiyazısı da hər sətrindəki hikmət, məna yükü, dolğunluğu, yenilikləri ilə oxucunu cəlb edir. Rənglər insanın hallarını ifadə edir deyir yazıçı, bəs, çəhrayı rəng hansı halın ifadəsidir?“Yerdən göyə qədər bozla rənglənmiş müasirlik tablosunda çəhrayı rəng insanı xilas edir... Üzündə çəhrayı rəng olan insan dərddən azad olunmuş şəkildə təsvir olunur...” çəhrayı rəngin məhz təbəssümü ifadə etdiyi bu səbəbdən gülümsər çöhrələrin, dərddən azad qəlblərin, özünə inamlı insanların həyatda özlərini ifadəsi, təsdiqi kimi qəbul edilməsi oxucu üçün bir yenilik, bir tapıntıdır. “Çəhrayı rəng məhz təbəssümün rəngi imiş...” qənaətinə gəlir yazıçı. Həqiqətən , təbəssümü bundan başqa hansı rənglə müqayisə etmək olar ki?

Eluca xanımın oxucunu düşündürən, onu saatlarca sətirlərin, cümlələrin arasında dolaşdıran, qəlbini riqqətə gətirən, gözündə yeni aləm açan bir yazıdan da söz açmaq istəyirəm – “Yaşamağı öyrətmirlərresenziyasından. Misir yazıçısı Yusif Ezeddin İsanınAllaha məktubhekayəsinin təhlili əsasında qələmə alınmış bu yazının qəhrəmanı azyaşlı uşaqdırZeynəb. Özü Zeynəb elə bir yaşdadır ki, o, heç bir suala təkbaşına cavab tapa bilməz. Əslində həyatın təbii qanununa əsasən uşaq elə böyüməlidir ki, bütün bu suallara nəinki cavab tapmaq haqqında düşünməlidir, əksinə, bu növ suallarla rastlaşmamalıdır. Amma həyatın da özqanunauyğunluqlarıvar bu üzdən balaca Zeynəb bir yığın sualla qarşıqarşıyadır. “Axı, kimə məktub yazsın? Kimə üz tutsun? Onu həyata atanlar indi həyatda onunla birgə addımlamırlar. Onu həyata atanların yeganə əsas borcu ona həyatı təqdim etmək idi, bunu isə etməyiblər. Etməyiblər, yoxsa etmək istəməyiblər? Bəlkə, həyat onların özlərinə qarşı da amansız olub?” Bu sualların cavabını müəllif oxucunun ixtiyarına buraxır.

İçində bütöv Vətən həsrəti daşıyan, millətinin qarşılaşdığı faciələrin əsl səbəblərini araşdırmağa çalışan, ölkəsinin düçar olduğu haqsızlıqların mənbəyini bilməyə can atan, dünyanın mizan-tərəzisinin pozulduğu bir zamanda ədaləti arayıb-axtarmağa səy edən insanlar üçün müjdəli bir xəbərim: Eluca Atalının yenicə çapdan çıxmış Azərbaycan Yazıçılar BirliyininNatəvanadına klubunda böyük təntənə ilə təqdimatını keçirdiyiKərküklülər-təklənmiş Türklərkitabına tapınsınlar. Mütaliədən sonra hər səpkidə müzakirələrə başlamaq olar. Yolunuzu gözləyirik, əziz oxucular...

 





14.07.2014    çap et  çap et