525.Az

Gəncədə həyat yoldaşı tərəfindən bıçaqlanan qadın xstəxanada ölüb - YENİLƏNİB


 

Gəncədə həyat yoldaşı tərəfindən bıçaqlanan qadın xstəxanada ölüb<b style="color:red"> - YENİLƏNİB </b>

Gəncə şəhər sakini Züleyxa Şirinovanın aldığı bıçaq xəsarətlərindən xəstəxanada ölməsi faktına görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib.

Cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin əri Ruslan Şirinov şübhəli şəxs qismində saxlanılıb.

***

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

525.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Züleyxa Şirinova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.

Qadının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın əri tərəfindən bıçaqlanıb.

 





19.03.2023    çap et  çap et