525.Az

Sevgilini sevindirmək zövqü


 

Sevgilini sevindirmək zövqü<b style="color:red"></b>

Balzak həyatı beşiklə məzar arasındakı sınaq müddəti adlandırırdı. Qaçhaqaçla, qovhaqovla müşayiət olunan bu sınaq müddətində bilinməyən istiqamətə axışan kütləyə qarışıb gedirik bu axının son nöqtəsi heç kimi maraqlandırmır. Əslində bu son nöqtənin olduğunu hamımız bilirik, amma sonuca gəlib çatana qədər onu düşünməməyə, yada salmamağa çalışırıq. Təhtəlşüurumuzda yerləşən ölüm qorxusundan dolayı bu çabaları, mübarizələri aparırıq. İllərlə özümüzü xərcləyirik, hər vasitə ilə ölümdən qaçırıq. Hara? Ölümə doğru, yalnız ölümə...


Qədim
Roma filosofu Antsi Boetsi yazır ki, ölüm haqqında fikirlər ölümdən qəddardır. Ölüm niyə bu qədər qorxuncdur nəzərimizdə? Bəlkə bilinməzliyinə, ölümdən sonra nələr baş verəcəyindən xəbərsiz olduğumuza görə? Axı həyat da belədir. Bir dəqiqə sonra olacağının bilinməzliyində yaşamırıqmı? Bəs niyə həyatı sevirik, ölümü yox? Bəlkə yaşadığımız suç, günah dolu həyat tərzinin sonucundan qorxub müxtəlif dinlərin şüurumuzda kök saldığıetdiyin əmələ görə cavab verməkgerçəyidir  bizi ölümdən çiyrəndirən? Fransız yazıçısı Şarl Lui Filipin fikrincə, insanlar arasında ədalətlə bölüşdürülən yeganə şey ölümdür. Məntiqlə, ədalət qorxutmamalıdır axı?


Bəlkə
Tanrı hüzurunda günahlarımızın etirafı cəzalanacağımız qorxusuyla ölümdən ölümə qaçırıq. Deməli, vicdanımızyüklüdür”, suçludur ki, ölümü bircə addımda keçə bilmək cəsarətini özümüzdə tapmırıq, bunu sakitcə qəbul edə bilmirik. “Cəzadan, yaxudmükafatdandanasılı olmayaraq, bizi belə təşvişə salan nədir əslində? Dinin qorxunc şəkildə, ətürpədən təsvir etdiyi Cəhənnəm qorxusumu? Əgər nəsibimiz Cəhənnəmdisə, qorxmaqla dəyişəcək? Cənnət Cəhənnəm bizim şüurumuzda mövcud deyilmi? Yaxşı bir əməldən sonra duyduğumuz nirvana hissi Cənnət, etdiyimiz bir günahdan, bədxahlıqdan sonra yaşadığımız vicdan əzabı da Cəhənnəmdi elə... Əgər bütün həyatımızı İlahi Qüvvənin istəyinə zidd yaşamışdıqsa, bunun üçün cavab verəcəyimizi bilirdiksə: 1.Gərək Cəhənnəmi fikirləşəydik. 2. Tanrının tövbə qapıları açıqdır.  3. Tanrının ziddinə gedəndə qəhrəman idin, bəs ölümün adı gələndə niyə titrəyirsən? Göstərsənəqəhrəmanlığını”!


Bəlkə
yenidən mövcud ola bilməməyimizin mümkünsüzlüyündən doğur özünüqoruma instinktimiz? Axı biz onsuz da mövcud olmadığımız zamanda mövcud olub-olmayacağımızı düşünmək, hiss etmək durumunda deyildik. Elə isə yenidən mövcudluğumuz haqqında fikirləşməyimiz belə absurddur: 1. Biz ən müxtəlif şəkildə yenidən mövcudiyyət tapa bilərik. 2. mövcudluğumuz, qeyri-mövcudluğumuz əbədiyyətin fonunda əslində heç bir məna kəsb eləmir. 


Bəlkə
sevdiklərimizdən əbədilik qopma qorxusu canımıza vicvicə salır? Burada bir az duruxuram, amma çox ləngimirəm:  Biz öz ölümümüzü fikirləşəndə eqoizmimiz ön plana gəlir, sevdiklərimizlə olmayacağımızın qısqanclığına qapılırıq, bizi yalnız hərdənbir xatırlanacağımızın gec-tez unudulmağımızın vahiməsi basır.  Beləcə, qaranəfəs, yıxıla-dura fani olan nələrəsə görə ömrün əvəzolunmaz illərini havaya sovurub o dünyaya qara qəpik kimi gedirik hər baxımdan: ötəri hisslərin, şöhrətin, mövqenin dolayısıyla hamımız maddiyyətin ardınca qaçırıq. Ən sonda isə Ölümə yaxalanırıq. Bütün maddi həvəslərimizin nəticəsi kimi sonda Ölüm bizə gülür. Bəlkə həyat müəyyən qədər ruhanidir, mənəvidir, çünki bu zaman Ruhla bir yerdəsən ruhun nəsə xeyir görə bilər. qədər ki, həyatdayıq, vücudumuzu Ruh idarə edir. Ölüm isə tamamilə cismanidir, maddidir. Ölüm gələndə ruh gedir, bütünlükləömrüboyu ardınca qaçdığımız maddiyyətcəsəd qalır. Ölümlə ruh bir arada ola bilməz, biri varsa, o biri gedəcək. Epikür deyən kimi: “Ölüm insan üçün heç nədir, çünki biz mövcud olanda, ölüm olmur, ölüm gələndə isə biz olmuruq”.


Bəzən
Ölümü sözün bütün mənalarında biz özümüz çağırırıq. Belə bir stereotip formalaşıb ki, intihar edənlər iradəcə
zəif
adamlardır.  Qismən razı deyiləm. Şüuraltında gizlənən özünüqoruma instinkti bizi hər zaman təhlükə anından məkanından uzaqlaşmağa sövq edir. ediriksə edək, instinktlər bizə təsir göstərir, idarə etməyə çalışır. Böyük prospektlərdən keçəndə son dərəcə diqqətliliyimiz , yanğından uzaqlaşmağımız da, cərrahi əməliyyatdan doğuşdan qorxmağımız dabir sözlə, öncə ağrıdıb sonra öldürə bilən hər şeydən var gücümüzlə qaçmağımız elə Ölümdən qaçmağımızdır. Fikrimcə, intihar edənlərdə əksəriyyətdən fərqli olaraq, şüur təhtəlşüura qalib gəlir. Onları artıq bir daha mövcud olub-olmayacaqları, unudulmaqları, doğmalardan, qohumlardan ayrılmaları, ən ümdəsi isə əksər dinlərin özündə ehtiva etdiyi-intiharın Cəhənnəmlə nəticələnəcəyi ehkamı düşündürür. Heç qorxutmur da. Yaşadığı həyatın mənasızlığının fərqinə varınca, həyat-ölüm məsələsində öz qərarlarını verənlər sanki onları Yaradanın özləri haqqında ölüm hökmü vermələrini ya istəmirlər, ya da buna səbirləri çatmır. İstənilən halda isə Tanrı güclüdür. Çünki: 1.İntihar edənlər məhz Tanrının kodlaşdırdığı anda özlərini bitirirlər. 2. İntihar cəhdçiləri ölümü seçməklə qeyri-adi heç nəyi seçmirlər, hamımız üçün əvvəl-axır  Tanrının bəlirlədiyi sonu tezləşdirirlər. 


Deməli
, intihar edənlər ən güclülər ən asilər olsa belə, yenə Tanrının müəyyənləşdirdiyi ölümü seçirlər. Tanrının təklif etdiyi Həyat Ölümdən qeyri üçüncü alternativ olmadığına görə, həm itaətkar, həm asi əslində Tanrıya tabedir. Bu tabeçiliyi hiss etdiyindəndir ki, İNSAN (böyük hərflərlə yazılan) öz yaradılış mahiyyətinə etiraz edir. Özünə seçim haqqı verilmədiyindən suisidə meyilli insanlar sanki həm Tanrıdan, həm öz tabe mahiyyətlərindən qisas yolu kimi intiharı seçirlər. Onlara elə gəlir ki, miskin mahiyyətlərini, tabe mövcudiyyətlərini bitirməklə Tanrının onları idarə etmək cəhdinə qarşı çıxırlar. Öz Tanrısına qarşı çıxmaq absurddur. Çünki seçim yoxdur. Bəzən deyirlər ki, intihar İblisin təhriki ilə baş verir. Amma İblisin varlığı da məsələnin  mahiyyətini  dəyişmir. Tanrı əvvəl İblisi, sonra daha mükəmməl olanıİNSANı yaratdı. Tanrı sübut etdi ki, İblisdən daha yaxşısını yaratmağa qadirdir. İblis Tanrıya tabedir. Xeyirin Cənnətlə mükafatlandırılacağını, Şərin Cəhənnəmlə cəzalandırılacağını da Tanrı müəyyənləşdirir. İblis bütün hallarda insanı yalnız Tanrının göstərdiyi iki yoldan birinəŞərə sürükləyir. Deməli, İblis ən pismi, ən yaxşımı halda, hansı ifadənin burda təbiri caiz olmasını seçmək asan deyil, yenə insana Tanrının bəlirlədiyi, yalnız Tanrıya məlum yoldan başqasını təklif edə bilmir. Hətta özünü Tanrıya rəqib sayan İblisin RƏQİBinin seçdiklərindən başqa variantı, ayrı seçimi yoxdur. Beləliklə, İblis Tanrıya tabedir Tanrı tabeçiliyində olan İblislə İnsanın dostluğu yaxud müttəfiqliyi heç vaxt səmimi olmayacaq. Tabeolanlar  Tabeedənə qarşı hər biri əslində öz xeyri üçün yalnız müvəqqəti ittifaq bağlaya bilərlər. İblis İnsanı öz dostu, müttəfiqi etmək istəyi ilə özünü aldadır sadəcə. İnsanla İblis hətta müəyyən müddətə birləşsələr , dostlaşsalar da, bu müvəqqətidir, bu ittifaq dağılmağa məhkumdur. Çünki paxıllıq anlayışı olan yerdə vəhdətdən söhbət gedə bilməz. Birgəlik yalnız səmimi sevgi olduqda mümkündür. İnsanla İblisin sevgisi söhbət mövzusu ola bilməz. İblis İnsandan əvvəl yaradılsa da, özünü yalnız dildə yaradılış etibarilə sonrakından üstün sayır. İblis İnsana paxıllıq edir, paxıllıq isə qibtə edilənin yerində olmaq arzusundan doğur. Ancaq İblis heç bir halda İnsanın yerində ola, ona bənzəyə bilmir, onun yerində olmağı bacarmadığına görə, əksini istəyir-İnsanı özünə oxşatmağa çalışır. İblisin İnsana paxıllığının əsas səbəbi özünün yaradılış mahiyyətinin daha bəsit olmasıdır. İblis Oddan yaradıldı, İnsan Torpaqdan. Od hər şeyi yandırıb-yaxa bilər, Torpağı da üzdən qarsalaya, qovura, zahirən qaralda bilər, amma daxilinin dərinliklərinə qədər nüfuz etmək, içərilərinə qədər tamamən yandırıb məhv etmək gücünə malik deyil. Deməli, özlüyündə İblisin İnsanı tam məhv etmək gücü yoxdur, ola bilməz. İblisə uyaraq yalnız üzdən qarala, qarsıla, qovrula bilərik, yalnız bir müddətlik yaratma, nəsə bitirmək gücümüzü itirə bilərik, Odun əbədilik yaşama gücü varsa, Torpağın da daim yenilənmək, yenidən üstündə nələrsə bitirmək gücü var. Torpaq nələrəsə həyatverici qabiliyyəti ilə başdan-başa sevgi mahiyyətlidir. Tanrı İblisə İnsandan fərqli olaraq sevgi hissi bəxş etməyib. Çünki hər ikisinin mahiyyətində sevgi olan iki qüdrətli varlıq birləşsə, onda sözün əsl mənasında Tanrıya rəqib ola bilərdilər. Amma ayrı-ayrılıqda Sevgi Nifrət tam səmimi birləşmək iqtidarında deyil. Heç bir Tabeedici tabeliyindəkilərin sevgi ilə özünə qarşı birləşməsini istəmir, istəməz. Amma Tanrı Tabeedici olmaqla bərabər, həm Sevgi mahiyyətlidir. Tanrı İnsanı ÖZünə bənzər yaratdı. Deməli, yalnız iki sevgi mahiyyətlinin həqiqi birləşməsi mümkündür, İblis artıqdır, sadəcə sınaq üçün ortalıqdadır. Tanrı İblisə yalnız Ölümə qədər İnsanıələ keçirmək  fürsəti verir, Ölümdən sonra Sevgisinə-İnsana sahib çıxır Tanrı. İNSAN Ali Həqiqət adlandırdığını bilmək dərk etmək üçün ömrünü bəzən İblislə birgə xərclədiyinə baxmayaraq, əvvəl-axır hər şeyin əbəs olduğunu anlayıb sadəcə öz mahiyyətinəSevgiyə-Tanrıya qayıdır. Hər şey öz mahiyyətinə qayıdır. Həmişə belə olacaq. Sevgidən söz düşdüsə, Füzulisiz mümkün deyil ki:


Eşq
imiş hər var aləmdə,

Elm bir qiylü qal imiş ancaq...


Ölüm
əslində İnsan üçün mahiyyətinə, qopub gəldiyi Sevgiyə qovuşmağın məqamıdır, Ölüm bu mənada hamımıza verilən şansdır. qədər ki, İnsanla İblis düşmən olacaq, Tanrı sevinəcək. Sevgilini sevindirməyin yaşatdığı həzzdən daha artıq zövq varmı?! Sezai Karakoç da bunu deyir: 


Ölüm
düşüncəsinin

məni sardığı bu anda

Verilməmiş hesabların qorxusuyla

Sənə gəldim...

Sevgili

Ey sevgili

Ən sevgili

Uzatma dünya sürgünümü mənim!

 





14.07.2014    çap et  çap et