525.Az

Zakir Həsənov qanunsuz erməni birləşmələrinin təxribatı nəticəsində yaralanan hərbçilərin son durumu ilə maraqlanıb


 

Zakir Həsənov qanunsuz erməni birləşmələrinin təxribatı nəticəsində yaralanan hərbçilərin son durumu ilə maraqlanıb<b style="color:red"></b>

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində yaralanan, eləcə də hospitalda müalicə olunan digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb.

Bu barədə 525.az Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri yaralılara ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Z.Həsənov martın 19-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.

 





19.03.2023    çap et  çap et