|
|
|
|
Bu gün Suriya Prezidenti Bəşşar Əsəd Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.
525.az SANA-ya istinadən verdiyi xəbərə görə, Bəşşar Əsəd BƏƏ Prezidenti Məhəmməd Ben Zeydlə görüşüb, ikitərəfli əlaqələr müzakirə olunub.
Suriya nümayəndə heyətində bir sıra nazirlər var.
Bəşşar Əsəd sonuncu dəfə 2011-ci ildə Körfəz ölkələrinə səfər edib.
Qeyd edək ki, Suriya və BBƏ diplomatik əlaqələri 2018-ci ilin dekabrında bərpa edib. BƏƏ Suriyanın Ərəb Liqasına üzvlüyünün dayandırılmasını yanlış sayır.