525.Az

Bəşşar Əsəd BƏƏ-yə səfər edib


 

Bəşşar Əsəd BƏƏ-yə səfər edib<b style="color:red"></b>

Bu gün Suriya Prezidenti Bəşşar Əsəd Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

525.az SANA-ya istinadən verdiyi xəbərə görə, Bəşşar Əsəd BƏƏ Prezidenti Məhəmməd Ben Zeydlə görüşüb, ikitərəfli əlaqələr müzakirə olunub.

Suriya nümayəndə heyətində bir sıra nazirlər var.

Bəşşar Əsəd sonuncu dəfə 2011-ci ildə Körfəz ölkələrinə səfər edib.

Qeyd edək ki, Suriya və BBƏ diplomatik əlaqələri 2018-ci ilin dekabrında bərpa edib. BƏƏ Suriyanın Ərəb Liqasına üzvlüyünün dayandırılmasını yanlış sayır.

 





19.03.2023    çap et  çap et