NATO Baş katibi Yens Stoltenberq Finlandiyanın xarici işlər və müdafiə nazirləri ilə görüşəcək.
525.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, martın 20-də NATO-nun Baş katibi Yens Stoltenberq Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və müdafiə naziri Antti Kaikkoneni alyansın baş qərargahında qəbul edəcək.
Baş katib və nazirlər görüşdən əvvəl mətbuata açıqlamalar verəcək.