525.Az

Zelenski ölkəsinin Estoniyadakı səfirini istefaya göndərib


 

Zelenski ölkəsinin Estoniyadakı səfirini istefaya göndərib<b style="color:red"></b>

Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın Tallinndəki səfiri Mariana Betsanın vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. 

525.az xəbər verir ki, Zelenskinin müvafiq fərmanı Ukrayna Prezidentinin saytında dərc edilib. Sərəncamda Ukraynanın Tallinndəki səfiri Betsanın vəzifəsindən azad edildiyi bildirilib. 

Zelenskinin imzaladığı digər sərəncamda isə Betsanın yerinə Maksim Kononenkonun təyin edildiyi bildirilib.

Malik Atilay

 





19.03.2023    çap et  çap et