525.Az

İran KİV-dən hakimiyyətə çağırış: “Sağ qalmağınızı istəyirsinizsə, siyasətinizi dəyişin”


 

İran KİV-dən hakimiyyətə çağırış: “Sağ qalmağınızı istəyirsinizsə, siyasətinizi dəyişin”<b style="color:red"></b>

“Sağ qalmağınızı, ötənilki hadisələrin təkrarlanmamasını istəyirsinizsə, siyasətinizi dəyişin”.

525.az “Report”a istinadən xəbər verir ki, bunu İranda çıxan hakimiyyətə bağlı “Cümhur-e İslami” qəzeti yeni illə bağlı (İran təqvimi ilə martın 21-də yeni il başlayır - red.) məqaləsində rejim nümayəndələrinə müraciət edərək yazıb.

Mətbu orqan İranın Ukrayna müharibəsinə müdaxiləsi və ölkədə milli valyutanın devalvasiyasından da bəhs edib: “Baş verən hadisələr yürüdülən mövcud siyasətin nəticəsidir”.

 





19.03.2023    çap et  çap et