525.Az

Milli komandamızda şok itki


 

Milli komandamızda şok itki<b style="color:red"></b>

Türkiyənın "Konyaspor" klubunun üzvü Mahir Emreli Azərbaycan millisinin heyətindən çıxarılıb.

525.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı hücumçu zədəli olduğu üçün qarşıdakı oyunlarda yığmamıza kömək edə bilməyəcək.

Xatırladaq ki, millimiz Avro-2024-üç seçmə mərhələsində martın 24-də Avstriya, martın 27-də isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.

 





19.03.2023    çap et  çap et