525.Az

Pakistanda baş verən yanğında eyni ailədən 10 nəfər ölüb


 

Pakistanda baş verən yanğında eyni ailədən 10 nəfər ölüb<b style="color:red"></b>

Pakistanın Xaybər Paxtunxva əyalətində bir evdə baş verən yanğında qadın və uşaqların da olduğu eyni ailədən 10 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. 

525.az "Dawn" qəzetində yer alan xəbərə istinadən bildirir ki, Aşağı Kohistan bölgəsində taxta evdə qısaqapanma nəticəsində yanğın baş verib. 

Yanğında eyni ailədən qadın və uşaqların da olduğu 10 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. Yanğın nəticəsində 8 baş iribuynuzlu heyvan da tələf olub. Baş nazir Şahbaz Şərif "Twitter" səhifəsində həyatını itirənlər üçün başsağlığı mesajı paylaşıb.

Malik Atilay

 





19.03.2023    çap et  çap et