525.Az

BXA şagirdləri "YAŞAT" fonduna pul köçürüblər


 

BXA şagirdləri "YAŞAT" fonduna pul köçürüblər <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin şagirdləri Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 940 manat məbləğində pul vəsaiti köçürüblər. 

Belə ki, BXA-da Novruz bayramı münasibətilə keçirilən tədbirdə məktəblilərin əl işlərindən ibarət yarmarka təşkil olunub.

Yarmarkada şagirdlər tərəfindən hazırlanan müxtəlif növ şirniyyatlar, bayram sovqatları və digər əl işləri nümunələri nümayiş olunub. 

Yığılan məbləği isə (940 manat) məktəblilər "YAŞAT" fonduna köçürüblər.

 





19.03.2023    çap et  çap et