525.Az

“Exit-poll”: Qazaxıstan parlamentinə altı partiya keçir


 

“Exit-poll”: Qazaxıstan parlamentinə altı partiya keçir<b style="color:red"></b>

Qazaxıstanda keçirilən seçkilərdə hakim “Amanat” partiyası 53,46% səs toplayır, ümumilikdə 7 iştirakçı siyasi qüvvədən 6-sı parlamentə gedir.

525.az "Report"a istinadən xəbər verir ki, bunu Avrasiya İnteqrasiya İnstitutunun keçirdiyi “Exit-poll”un məlumatları sübut edir.

Qeyd olunub ki, Qazaxıstan “Xalq” Partiyası 6,25%, “Ak Jol” (“İşıqlı yol”) Demokratik Partiyası - 7,87%, “Aul” (“Kənd”) partiyası - 10,52%, sahibkarlar qrupunun yaratdığı “Respublika” partiyası 8,9% səs toplayıb.

Həmçinin ilk dəfə olaraq müxalifətdə olan “Milli Sosial Demokrat” Partiyası 5,31% səslə parlamentə daxil ola bilər. Qazaxıstanın Yaşıllar Partiyası “Baytak” 3,22% səs toplayaraq tələb olunan 5%-lik baryeri keçə bilmir. Sorğuda 30 min adam iştirak edib.

 





19.03.2023    çap et  çap et