https://525.az/img/pics/medium/2023-06/271377_5dmke5p7fw.jpg Allah göy üzündə Yeri saxlayır
https://525.az/img/pics/medium/2023-06/271376_t3l9lynesk.jpg Xəyallarda boğulacaq bu qoca
https://525.az/img/pics/medium/2023-06/271375_r675kfm7cz.png Biçənək: maraqlı adın və  qədim kəndin sorağında
https://525.az/img/pics/medium/2023-06/271348_d6k0rg6hcx.jpg Qazancı dərd olan şair - Tofiq Nurəli
search
4 İyun 2023
3 İyun 2023

Boks millimiz Dünya Kubokunda 6 medal qazanıb

Boks millimiz Dünya Kubokunda 6 medal qazanıb

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kubokuna yekun vurulub.

525.az xəbər verir ki, Azərbaycan millisi 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla tamamlayıb.

Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından Azərbaycan təmsilçisi ikinci yeri tutub.

Beləliklə, yığmanın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Aslanlıdan öncə Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.