|
|
|
|
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 459,3 milyon manatlıq xidmət göstərib.
525.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bunun 71,2 faizi əhali sektoruna aid olub.
Yanvar-fevral aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki illə müqayisədə 20,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 83,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.