525.Az

İnformasiya və rabitə xidmətlərinin ümumi dəyəri 21 faizədək artıb


 

İnformasiya və rabitə xidmətlərinin ümumi dəyəri 21 faizədək artıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 459,3 milyon manatlıq xidmət göstərib.

525.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bunun 71,2 faizi əhali sektoruna aid olub.

Yanvar-fevral aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki illə müqayisədə 20,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 83,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.

 

 





20.03.2023    çap et  çap et