525.Az

Bakıda 12 otaqlı evdə yanğın


 

Bakıda 12 otaqlı evdə yanğın<b style="color:red"></b>

Bakıda 12 otaqlı evdə yanğın olub.

525.az-a bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonunda ümumi sahəsi 336 m² (hər mərtəbəsi 168 m²) olan fin tipli ikimərtəbəli 12 otaqlı evin birinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və ev əşyaları 45 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





20.03.2023    çap et  çap et