525.Az

Göyçayda qəza keçirən piyada Bakıda xəstəxanada vəfat edib


 

Göyçayda qəza keçirən piyada Bakıda xəstəxanada vəfat edib<b style="color:red"></b>

Göyçayda avtomobilin vurduğu piyada Bakıda xəstəxanada vəfat edib.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ötən gün saat 20:50 radələrində rayonun Qarabaqqal kəndi ərazisində Əhməd Çərkəzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1949-cu il təvəllüdlü rayon sakini Rafiq Hacıyevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 





20.03.2023    çap et  çap et