525.Az

Talış kəndində bayram konserti keçirilir


 

Talış kəndində bayram konserti keçirilir<b style="color:red"></b>

Tərtər rayonunun Talış kəndində Novruz bayramı münasibətilə geniş konsert proqramı təşkil edilib.

525.az "Report"a istinadən xəbər verir ki, konsert proqramı cəngi sədaları ilə açılıb.

Aşıq havalarının özünəməxsus ifaları maraqla qarşılanıb. Kəndirbazların çıxışları, pəhləvanların göstərdikləri nömrələr konsertə xüsusi rəng qatıb. Qarabağ atlarının tədbirdəki keçidi alqışlarla qarşılanıb.

Konsert proqramının davamında ölkənin tanımış incəsənət nümayəndələrinin çıxışları gözlənilir.

Talış kəndinə uzun illərdən sonra hazırlanan bayram konserti axşam saatlarına qədər davam edəcək.

 





20.03.2023    çap et  çap et