525.Az

Sabiq icra başçısının qardaşı oğlu yol qəzasında ölüb


 

Sabiq icra başçısının qardaşı oğlu yol qəzasında ölüb<b style="color:red"></b>

Naftalanda sabiq icra başçısının qardaşı oğlu yol qəzasında ölüb.

525.az "Report"a istinadən xəbər verir ki, 1990-cu il təvəllüdlü Quliyev Cavid Müsəllim oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində keçinib.

Qeyd edək ki, C.Quliyev Goranboy Rayonun İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə ölən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 





20.03.2023    çap et  çap et