|
|
|
|
COVID-19 pandemiyasından sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) sərnişindaşımada ilk rekord göstərici qeydə alınıb.
525.az- Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, martın 18-də 473 reyslə 15 min 240 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
AYNA vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində sərnişinlərin sayı adi günlərlə müqayisədə 4 dəfə daha çox olub.