525.Az

Bakı Avtovağzalında rekord göstərici qeydə alınıb


 

Bakı Avtovağzalında rekord göstərici qeydə alınıb<b style="color:red"></b>

COVID-19 pandemiyasından sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) sərnişindaşımada ilk rekord göstərici qeydə alınıb.

525.az- Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, martın 18-də 473 reyslə 15 min 240 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

AYNA vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində sərnişinlərin sayı adi günlərlə müqayisədə 4 dəfə daha çox olub.

 





20.03.2023    çap et  çap et