525.Az

Azərbaycanda kompüter istehsalı 4 %-dən çox artıb


 

Azərbaycanda kompüter istehsalı 4 %-dən çox artıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 30,6 milyon manat təşkil edib.

525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 25,8 %, kompüter, elektron və optik məhsulların istehsalı isə 4,9 % artıb.

Hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölçmə cihazlarının istehsalı 4,6 dəfə, elektrik tənzimləyici cihazların istehsalı isə 62,7 % artıb.

Bu ilin 2 ayında 399 ədəd stolüstü kompüter (4,2 % çox), 71,6 min ədəd ölçmə cihazları (4,6 dəfə çox), 61 ədəd güc transformatorları (48,7 % az), 2 247 ədəd elektrik tənzimləyici cihazları (62,7 % çox), 1 417,6 ton digər elektrik naqilləri (6,1 % çox), 206 məişət soyuducuları və dondurucuları (12,6 % çox) istehsal edilib.

 





20.03.2023    çap et  çap et