525.Az

Ağ Ev Bayden və Si Cinpinq arasında danışıqların hələ planlaşdırılmadığını bildirib


 

Ağ Ev Bayden və Si Cinpinq arasında danışıqların hələ planlaşdırılmadığını bildirib<b style="color:red"></b>

ABŞ prezidenti Co Bayden və Çin sədri Si Çinpin arasında telefon danışığı hələ təyin edilməyib.

525.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin bazar ertəsi CNN telekanalına verdiyi məlumata görə, ABŞ administrasiyası danışıqların doğru zamanda baş tutacağına ümid edir.

Kirbi ABŞ və Çin liderləri arasında telefon danışığının nə vaxt baş tuta biləcəyini soruşduqda, "O zəng hələ planlaşdırılmayıb" deyib.

Onun sözlərinə görə, Bayden Çin lideri ilə "həqiqətən də söhbət etmək istəyir". "Prezident bu kommunikasiya kanallarını açıq saxlamaq istəyir və biz belə davam edəcəyik, prezident Si ilə söhbət lazımi vaxtda baş tutacaq" – Kirbi deyib.

 





20.03.2023    çap et  çap et