525.Az

Norveç və Aİ-nin 17 ölkəsi Ukraynaya silah tədarükü ilə bağlı müqavilə imzalayıb


 

Norveç və Aİ-nin 17 ölkəsi Ukraynaya silah tədarükü ilə bağlı müqavilə imzalayıb<b style="color:red"></b>

Avropa İttifaqının 17 ölkəsi və Norveç Ukraynaya təchizat üçün sursatların birgə alınması layihəsini imzalayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyinin yaydığı bəyanatda deyilir.

Belə ki, 18 ölkə Ukrayna üçün 155 mm-lik artilleriya sursatlarının birgə alınması və öz ehtiyatlarının bərpası layihəsinə imza atıblar.

Bundan əvvəl Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borel Aİ-nin Ukraynaya 12 ay ərzində 1 milyon döyüş sursatı verməsi barədə qərarını açıqlamışdı, bu planın həyata keçirilməsi üçün 2 milyard avro ayrılacaq.

 





20.03.2023    çap et  çap et