525.Az

NASA-dan 180 milyon dollarlıq plan


 

NASA-dan 180 milyon dollarlıq plan<b style="color:red"></b>

Beynəlxalq Kosmik Stansiyanın (BKS) "ömrünün sonuna" doğru irəlilədiyi bir vaxtda NASA stansiyanın Yerə qaytarılması ilə bağlı araşdırmalara başlayıb. İstifadə müddəti 2030-cu ildə başa çatacaq stansiyanın Sakit Okeanda insanların girişindən uzaq bir nöqtəyə endirilməsi planlaşdırılır.

525.az xəbər verir ki, NASA-nın planına görə, BKS-ni Yerə qaytarmaq üçün orbitdən çıxan yeni kosmik gəmi hazırlanacaq və bu vasitə traktor funksiyasını yerinə yetirərək stansiyanı Yer atmosferinə daşıyacaq. Əməliyyat vaxtı rəsmi olaraq 2030-cu ildə başa çatacaq stansiyanın məhv edilməsi planları da Ağ Evin illik büdcəsinə daxildir. Büdcədə NASA-ya verilən cəmi 27,2 milyard dolların 180 milyon dollarının hazırlanacaq yeni kosmik gəmi üçün xərclənəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, NASA-nın insanlı kosmosa uçuşlarının rəhbəri Keti Lueders keçirdiyi mətbuat konfransında bütün əməliyyatın dəyərinin 1 milyard dollara çatacağını gözlədiklərini söyləyib.

Məhəmməd Tağıyev

 





21.03.2023    çap et  çap et