525.Az

"YouTube" 2 ildən sonra Trampın hesabını yenidən açıb


 

"YouTube" 2 ildən sonra Trampın hesabını yenidən açıb<b style="color:red"></b>

"YouTube" sosial şəbəkə platforması ABŞ-nin keçmiş prezidenti Donald Trampın hesabına qoyulan qadağanı aradan qaldırdığını açıqlayıb.

525.az xəbər verir ki, platformanın "YouTubeInsider" adlı "Twitter" hesabında verilən açıqlamada: "Bu gündən etibarən Donald J. Trump kanalı artıq məhdudlaşdırılmır və yeni məzmun yükləyə bilər. Bu kanal "YouTube"dakı hər hansı digər kanal kimi siyasətlərimizə tabe olmağa davam edəcək", - deyə bildirilib.

Qeyd edək ki, Donald Tramp bundan sonra kanalında 2,6 milyondan çox izləyici toplaya və "YouTube"un reklam siyasətlərinə uyğun olaraq prezidentlik kampaniyası üçün "YouTube" reklamları ala biləcək.

Məhəmməd Tağıyev

 





21.03.2023    çap et  çap et