525.Az

“...Xalq birləşəndə güclü olur, yazıçı təklənəndə”


 

Müsahibimiz yazıçı Seyran Səxavətdir

“...Xalq birləşəndə güclü olur, yazıçı təklənəndə”<b style="color:red"></b>

Seyran müəllim, zaman ki, “yeri ayrı-göyü bir olansöz adamları ilə bir arada oluram, sizin heç unuda bilmədiyim bir deyiminiz düşür yadıma: “Biz sözün belindən gəlmişik...” Məncə, söz doğmalığının bundan da o yana gözəl ifadəsi yoxdur...

– Vaxtilə, mən elə bu “Ədəbiyyat qəzeti”ndə işləyəndə praktikant qızlar gəlmişdi. Üçü birdən. Gördüm sıxılırlar. Dedim, bala, heç sıxılıb-eləməyin, biz qohumuq. Biri soruşdu ki, nətəəri qohumuq? Dedim, biz atamızın belindən gəlməzdən əvvəl sözün belindən gəlmişik. Ta qədimdən. Atamız olmamışdan babamız var idi, babamızdan əvvəl ulu babamız. Onda da söz var idi, sözün işığı varıydı bizi o işıq birləşdirir. Özün bilirsən, qalaktikanın öz marşrutları var, ancaq gör necə nizamlanıb ki, heç bir qəza olmur. Ta bizim Bakı yolları kimi deyil ki, hər gün qədər bədbəxt hadisə baş verir. Amma kainatda bu harmoniya pozulmazdı, nizamlanıb. Burada hər şey Allahın iradəsiylə hərəkətdədi, istəsən , istəməsən bu nizamı poza bilməzsən. Əsl, ilahi söz harmoniyadır. Yaranışın bir parçasıdı. İlkdən, əzəldən gəlir bu ilkinliyi, ruhbirliyi ilə insanlar arasında qohumluq əlaqəsi yaradır. Yaradıcı insanların, söz adamlarının stili fərqli, özünəməxsus ola bilər, ancaq ümumi yaşamları, genetik kodları bir mənbədən, yəni sözün belindən gəlir.

– “Dar köynəkpovestinizdə çox maraqlı detallar var; yazmısınız ki, “qadın ağrı çəkir. Dünyanın beş-altı qarımışı bu ağrının başına yığışıb. Qadın ağrısını doğmasa ölə bilər. O, ağrıya dözdükcə əriyir, bətnindəki körpə onun ağrısını təpikləyir...” “Elə bil həm yazmağa hazırlaşan, indicə sinəsində, yaddaşında olanları kağıza köçürəcək bir söz adamının ağrısıdıelə bil yazıçı da ağrı çəkir. O povesti oxuya-oxuya ağrı çəkən qadını mən gözəl bir şair, yazıçı qismində təsəvvür edirdim. Elə bil qadından çox yazıçı ağrısını yazmısınız.

Əslində qadın özü ən böyük yaradıcıdı; həm fiziki, həm mənəvi baxımdan... Səninlə şərikəm ki, mən o ağrı çəkən qadının simasında əslində dünyanın ən gözəl şairinin, yazıçısının obrazını vermək istəmişəm. Bu prosesdə zor işlətmək olmaz. Mövzu qələm adamına vəhy kimi gəlir. Öz təbii ağrısı, nəşəsilə bir arada. Fikirləşib nəsə yazanda o mövzu bəri başdan zədələnir. Yaradıcılıq işi daha çox ürək məsələsidi. Gərək ürək dolu ola, o mövzunun ağrısını çəkə. Sonra o çəkdiyi ağrını dünyaya gətirəbax povestdə təsvir olunan qadın kimi...

Seyran müəllim, bu dünya hər kəsə öz baxış bucağı altından görünür, necə deyərlər, hər kəsin öz baxış tərəfi var. Şəxsən mənim üçün maraqlıdı ki, siz baxan tərəfdən dünya necə görünür?

Bunu bir neçə cümlə ilə açıb, cavablandıra bilsəydim, heç əziyyət çəkib bir belə əsər yazmazdım. O yerdən mən durub dünyaya baxıramorda məndən başqa heç kəs yoxdu o yer birnəfərlikdir! Mən baxan tərəfdən hərə öz yerindədi; quş civiltisilə, uşaq ağlamasıyla, sular axışıyla, yollar-cığırlar əriş-arğac gedişilə, ağac yaşılıyla... Bəzən insan baxır, ancaq bu nizamı, yaranmışı görmür. O el arasında bir söz var e, deyirlər filankəs baxar kordu. Xalqın baxışı müdrikdi. Gör necə gözəl ifadə edib; baxar kor. Deyirlər ki, filankəs dünyagörmüş adamdı... Yəni dünyanın hər üzünə bələddi. Mən baxan səmtdən nəzər yetirəndə görürəm ki, dünya adamları sıxırgündəlik qayğıları, problemləri ilə. Amma heç fərqinə varmır ki, insanı sıxdıqca dünyanın özü insanda, insan qəlbində gözə görünmədən, hiss olunmadan sıxılır. Bu, qəribə bir harmoniyadı bu harmoniyaya müdaxilə etsən mənə elə gəlir dünyanın nizamı zədələnər.

Bu yaxınlarda dünya ədəbiyyatının bir çox görkəmli simaları haqqında maraqlı bir yazı oxudum; söhbət ondan gedirdi ki, o yazıçılar yaradıcılıqlarının ən parlaq, şöhrətli bir məqamında hansısa səbəblər üzündən heç gözlənilmədən yazmağın daşını atıblar. Bu, çox izaholunmaz bir prosesdi. Səhv etmirəmsə ötən əsrin yetmişinci illərində bir ara belə bir mərhələ sizin ədəbi taleyinizdə yaşandı. Bir müddət ədəbi mühitdən qeyb oldunuz, səsiniz-sorağınız gəlmədi...

Sərvaz, əzizim, mənim sözə münasibətim həmişə belə olub ki, o yerdə yaza bilmədiyini hiss etdin, gərək yazmayasan. O yazıçılar ki, zəif əsər yazıblar, deməli, onlar yaza bilmədikləri zaman qələmə əl uzadıblar. O ki qaldı mənim bir müddət ədəbi mühitdə görünməməyimə, doğrudan da həmin vaxtlar birdən-birə mən hiss etdim ki, yaza bilmirəm. Səsi səhnələr titrədən, məşhur bir müğənninin səsi qəflətən tutulur ha, bax beləcə... Bilirsənmi, texniki təcrübəyə arxalanıb nəsə yazmaq olar e, amma o şeyi ki, ürəyin istəyir belə yazasan, baxıb görürsən alınmır, bax, onda gərək özünü zorlamayasan. Mən baxıb gördüm nəsə alınmır, sakitcə çəkildim bir tərəfə. Hətta o zaman görkəmli şairimiz Məmməd Araz da dərin nigarançılıqla bir məqalə yazmışdı ki, bəs bu Seyran Səxavət hardadı, niyə ədəbiyyatdan qaçaq düşüb? Harda olmağımı bircə mən özüm bilirdim. Bilirdim ki, bu susmağımla əslində ədəbiyyata xidmət edir, ədəbiyyat ekalogiyasını korlamıram. , məsələ belə oldu, 1974- ildə tərcüməçi kimi İrana getdim. O zaman hansı bir möcüzəli qüvvə isə məni yenidən sözə çəkdi. Bir gördümHamı elə bilirdi ki...” adlı hekayəmƏdəbiyyat incəsənətqəzetində çap olunub. O hekayə unudulmaz Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmuş nömrədə işıq üzü görmüşdü. Böyük bəstəkarın yubiley nömrəsindən mənə pay düşmüşdü. Açığı, çox sevinirdim. Hələ on altı yaşım olanda Füzuli rayon qəzetində ilk şeirim çap ediləndə necə sevinmişdimsə, bax elə... O hekayəni yazanda mənim artıq iyirmi səkkiz yaşım var idi. məhz həmin vaxt qəti şəkildə özün üçün yəqinləşdirdim ki, hər şey yenidən başlayır... Özü şükür Allaha ki, başlayır... Belə oldu məsələ. O hekayəni yazana qədər ara-sıra eşidirdim, deyirdilər niyə səsin gəlmir? Mən çox vaxt zarafata salırdım. Deyirdim, vallah səsim gəlir, amma ola bilsin xalqın qulağı ağır eşidir.

Mənim üçün maraqlıdı ki, əgər tanıdığım sevdiyim yazıçı olan Seyran Səxavət ikinci dəfə dünyaya gələ bilsəydi həyatını necə qurardı hansı sənəti seçərdi?

Bu qeyri-mümkün bir şeydi. Bilirsən niyə? İnsan bir yenidən dünyaya gəlsə əvvəl necə yaşayıbsa, yenə elə yaşayacaq. Səbəb ondan ibarətdir ki, əlli il qabaq necə dünyaya gəlmisənsə o şəkildə gəlirsən, çünki sənin kodun var, sən özbaşına döyülsən.

Seyran müəllim, sizcə Allahdan sonra ən güclü olan kimdir?

Aha!.. Mənim aləmimdə Allahdan sonra ən güclü olan sözdü... Sözün gücüylə hər şeyi etmək olar. Bircə Allahın elədiklərindən başqa. Sərvaz, canım sənə desin, bunu yaz yadda saxla ki, xalq birləşəndə, yazıçı təklənəndə güclü olur.

Sizcə, bu gücün mənbəyi hardan gəlir?

İlkinlikdən! Mühitdən! Doğulduğun ilk məskənin sənə bəxş etdiyi paklıqdan. Şəxsən mən yaşayış məskəni kimi kəndi həmişə şəhərdən üstün tutmuşam. Bəşəriyyətin ilk yaşayış maketi kənddir. Gözümü açıb ictimai qınağı kəndimizdə çox açıq, aktiv görmüşəm. Bu ictimai qınaq bir növ təmizlik mənbəyidir. İctimai qınaq rayon mərkəzində bir az azdı. Şəhər yerində isə rayondakından daha azdı. təəssüf ki, bu proses azala-azala gedir. Hər şeydə qəribə bir xof var. Bu qəribə xofun ucbatından həyətlərimiz, evlərimiz hasar-qalaya salınır, hər yerdə çəpərləmə, hasarlama yarışı gedir. Bu gərəksiz hasarlara, dəmir qapılara sərf olunan pulu tanka, pulemyota, topa, mərmiyə versək, işğal altında olan torpaqlarımızın azad edilməsi işinə sərf etmiş olsaq gör qədər qazanarıq... Ancaq lazım olanı etmirik. İçimizdəki xofu dəf edə bilmirik, özümüz özümüzə güvənmirik. Bunun kökündə milli şüur, milli təhsil dayanır. Hər hansı bilgiyə sahib olmaq savadlı olmaq deyil. Savadlı olmaq üçün hər şeydən əvvəl gərək milli şüura sahiblənəsən. İnsan milli şüura sahib olduqca daha çox bəşəriləşir. Daha çox insaniləşir. Əgər sən həqiqətən insansansa, qoy səni görsünlər. Bayaq ki, o kənd təmizliyindən danışırdıq, o təmizlik bilirsən hardan gəlirorda hər şey göz önündədi, şəffafdı... Hərdən mənə elə gəlir ki, Allah dünyanı bizim kəndimizin üstündən idarə edir. Mən buna əminəm əmin olmasaydım heç bu ürəklə, inamla yazıb-yarada da bilməzdim.

Sizə elə gəlmirmi ki, musiqimizin, illah da muğanlarımızın da ruhu elə Allahın dünyanı idarə etdiyi o əziz, pak məkandan gəlir?

, bunu lap yaxşı dedin. Gör fikrim haralaracan getdi, e... Bizim doğma Yuxarı Yığlıvənd kəndində olan evimizdəRodinaadlı bir radio vardıtəqribən maşın akkumlyatoru boyda. Elə ki, Ağabala AbdullayevZabul Segahoxuyurdubütün kənd əhli gəlib yığışırdı o radionun başına. Az qala hər həftə, hər gün el-oba şənliklərində oxuyan Ağabala Abdullayevi həyatda, canlı olaraq görmək bir ayrı şeydi, onu sehrli bir məkandan dinləmək bir ayrı şey. O radio Ağabala dayını elə bil əfsanələşdirirdi. OnunZabul-Segahı bir möcüzə idi. O radionun özü heyrətamiz bir nağıl idi. İndi insanlar möcüzəyə, nağıla inanmırlar, heyrətlənmirlər, təəccüblənmirlər. Bu, ölümə bərabər bir həyat tərzidi. Bu heyrətdən uzaq düşüncə milli şüurumuz öləziyir. Milli şüur öləzidikcə muğamımızdandeməli, paklıq məkanımızdan uzaq düşürük. Səs sözdən milyon il qabaqdı. Hətta dünyanın quşunun, dovşanının, qayasının, daşının, çayının, bulağının səsi sözdən qabaqdı. Söz səsin yanında dünənin uşağıdı. Bu barədə olan fikirlərimi böyük xanəndəmiz Süleyman Abdullayevə həsr etdiyimBəhanəromanımda yazmışam. Əslində, o romanda Xarrat Quludan İlkin Əhmədova qədər muğam sənətimizi yaşadan hər kəs varSüleyman Abdullayevin həyatını bir vasitə kimi götürmüşəm. Bunun o yanıbu yanı yoxdu ey, muğam Qurandan da qabaqdadı. Mənim qəti qənaətimdi ki, Quran muğamımızın tərcüməsidi. Muğam kosmik bir ərazidi.  Avazı, səsi sözə çeviriblər. Hərdən deyirlər ki, filankəs muğamı yaxşı bilir. Muğamı bilmək hünər deiyl, muğam daha çox duyğu obyektidi. Onu bilməkdən çox, duyarlar. Bilməklə duymaq arasında çox böyük fərq var. Muğamı bilgi obyekti hesab etmək yanlış bir fikirdi.

Səhv etmirəmsə özünüzün gözəl səsiniz var...

Var da sözdü... Rəhmətlik Qədir Rüstəmov ilk dəfə ki, “Sona bülbülləri elə şövqlə, ilahi bir səslənişlə oxumuşdu, sənin canın üçün, üstündən heç bir ay keçməmiş eyni, təkrar incəliklərlə, olduğu kimi oxuyurdum o mahnını. Əgər mən Sabir Rüstəmxanlıya, Ramiz Rövşənə, Əşrəf Veysəlliyə qoşulmasaydım indi xalq artisti idim... Necə deyərlər, əlim pulla oynayırdı...

– “Puldemişkən, sizcə bu pul anlayışı olan şeydi?

Əlimizdə-ovcumuzda olan Azərbaycan tarixini oxumuşam, bir qəmi fikrə gəlmişəm ki, tərəzi çıxana qədər heç kəs bir-birini aldatmayıb. Aldandığını hiss etmirsənsə deməli adam deyilsən. Ordan da keçid eləyirsən pul məsələsinə. Bu gün demək olar ki, pul dünyanı idarə edir. Amma qəti şəkildə əminəm ki, dünyanı pul xilas edə bilməyəcək. Bilirsənmi, silahlı adam həmişə təhlükəlidi. O silah mütləq açılacaq, kiməsə dəyəcək, fəlakət törədəcək. Pul da silah kimidi. Pul müdrik adam əlində onun bütün ətrafınındı, nəslinindi, qohum-əqrəbanındı. Nadan adam əlində isə pul kütləvi qırğın silahıdı. Nüvə başlığıdı. İndi bizdə bir söz dəbə minib; deyirlər çirkli pul... Çirkli pul yox ey, haram pul... O haram pul nüvə kimidi göz görə-görə cəmiyyəti öz cənginə alır, insanların dostluq duyğusunu aşılayır.

Necə bilirsiniz, adamların dostluğu hansı ehtiyacdan başlayır?

, bu bir az dərin məsələdi. Bir dostum vardı, elə bil bir-birimizi iyləyib tapmışdıqZeynal Zeynalov... Hərdən mənə deyərdi: “Ay uşaq, sən bilərsən ey insanların ən böyük kəşfi nədi? Amma bax, deməyəsən ki, atomdu, hidrogendi, bombadı, filandı”. Sualı necə verirdisə, cavabını da özü açıqlayırdı: “Biləsən, insanların ən böyük kəşfi dostluqdu; bir ata-anadan dünyaya gəlməyən insanların bir-birinə isinişməyi, ünsiyyət qurmasıdı. Fizikanı necə oxuyubsan? Dost olan insanlar fizika sahəsində məşhur olan birləşmiş qablar kimi olmalıdı, ekiz insanların həyat tərzini yaşamalıdır. Bunları deyirəm, qoy həmişəlik yadda qalsın. Dünyada mükəmməl adam yoxdu. Mükəmməllik yalnız Allaha məxsusdur. İnsanların isə daim mükəmməlləşməyə ehtiyacı var; tutaq ki, məndə nəsə çatmırsa məndə olmayan şeyi mən Sərvazdan alıram, ondan götürürəm. Sərvaz da özündə olmayanı məndən, bir özgəsindən alır. Beləliklə, insan bir-birinə hopur, ömrü boyu bu dostluğun bağıyla bir-birinə sarınır, bir-birindən barınır. Bunlar elə gözəl şeylərdi ki! Bunlar elə adamı yaşadan şeylərdir. Ədəbiyyatın, yazıçının vəzifəsi insanlar arasında olan bu dostluq hisslərini daha da möhkəmləndirmək, onun sahəsini genişləndirməkdir.

Yeri gəlmişkən, sevdiyiniz yazıçılar onlardan ən doğması haqqında danışmağınızı istərdim.

– (Gülümsünür). Mən bu gənc ədiblər kimi çox oxumuşam. Ancaq alman yazıçısı Ziqfrid Lensin adını ayrıca çəkmək istərdim. Onu Nobel mükafatçısı olan yazıçıların doxsan faizinə dəyişmərəm. “Gözəgörünməz qonşuadlı bir hekayəsi var... Allah-Allah!.. Necə möhtəşəm unudulmazdı. Deməli, hekayədə ucqar bir kənd təsvir edilir. Bu kənddən gün ərzində təkcə bir dəfə sərnişin  qatarı keçir. Təxminən beş-altı yaşlı bir uşaq hər gün o sərnişin qatarının yolunu gözləyir, o qatarın pəncərəsindən baxan insanlara səmimi-qəlbdən əl edir. Ancaq heç bir qarşılıqlı münasibət görmür, əl etdiyi insanların onu cavabsız qoyması uşağı sarsıdır, haldan-hala salır. Həssas bir insan olan atası uşağın bu durumunu görüb ona kömək etmək istəyir. Günün birində heç kəsə bildirmədən gedir qatarın gəldiyi o şəhərə. İstəyir ki, səhər həmin qatara bilet alıb gələ kəndlərini keçəndə uzaqdan-uzağa balaca oğluna əl edib onu sevindirə. Həssas ata həmin şəhərdə eyni oteldə qaldığı bir nəfərə bu barədə danışır. İşığı yandırmadığı üçün heç o adamın üzünü görmür. İkinci gün bilet alıb sərnişin qatarıyla doğma kəndindən adlayanda uzaqdan-uzağa oğluna əl edir. növbəti stansiyadan geri qayıdıb evinə gəlir. Oğlu sevinmiş, şad halda ona sarınır ki, ata, bəs dünəndən mənə əl etməyə başlayıblar... Ata birdən-birə dərk edir ki, ondan əvvəl oğlunu salamlayan məhz dünən söhbətləşdiyi otel yoldaşı olub. O tanımadığı otaq yoldaşı oğlunun əl etməsi qarşılığında ona təbəssüm göstəribmiş... Yazıçı demək istəyir ki, insana, onun ən adi istəklərinə biganə qalmayın. Ən adi bir münasibətlə insana boyda böyük bir dünya bağışladığınızın fərqində ola bilin. Bilirsənmi, mən Kamyunu, Folkneri, Edqar Ponu başqalarını da çox oxumuşam, çox sevirəm. Ancaq o kiçik hekayənin müəllifi olan Ziqfrid Lensi mən lap özüm hesab edirəm. Eyni zamanda Nodar Dumbadzeni... Düşünürəm ki, mən onun mənsub olduğu millətdən olsaydım elə o cür yazardım. Ya elə əksinə, o, mənim millətimdən olsaydı elə mənim kimi yazardı. Bilirsənmi, yaş, oxu vərdişi, dünyagörüşü oxucunu böyüdür, ona bir əsəri müxtəlif baxış bucaqlarından görmək imkanı verir. Məsələn, mən DrayzerinDahisini ayrı-ayrı illərdə müxtəlif baxış bucağından oxumuşam, hər dəfə bir özgə hisslə, təəssüratla ayrılmışam, yeni bir şey tapmışam.

Bunları deyirəm, bir italyan rəssam haqqında olan film düşür yadıma. Bu adam hər gün öz rəsminiavtoportretini çəkir. hər gün öz portretinə yeni əlavələrini edir. Ona görə ki, hər günün öz izi, öz cizgisi var.

Uşaqlıq dövrünüzdən yönü bəri elə bir əlahiddə xatirəniz varmı ömrünüz boyu sizi təqib edib, yaddaşınızı bir an da olsun belə tərk etməyib?

Bu xatirələr kifayət qədər var. Hərəsi öz məqamında yenidən boy göstərir. Ancaq bir xatirəm var ki, bax o, əsl sən deyən təqibçilərimdən olub. “Qaçhaqaçromanımda yazmışam. Fikrimi belə ümumiləşdirmişəm ki, mən dünyaya gələndə artıq dörd yaşım vardı. Qonşumuzun Dəcəl adlı oğlu bir dəfə gəlib mənə dedi ölü ölüb, basdırırlar, gedək baxaq. O zamanlar da adam ölümü nadir hadisə sayılırdı. Xülasə, qonşuluqda yaşlı bir kişi dünyasını dəyişmişdi. Dəfn edirdilər. Dəcəllə bərabər mən getdim. Yaşlı kişilərin arasından birtəhər dürtülüb ölünü necə dəfn etdiklərinə tamaşa etdim. mənə elə gəldi ki, o qəmli səhnəyə göz yetirə-yetirə mən məhz həmin an doğuldum, ölümü dərk etdim. Gəldim evə. Bərk qorxmuşdum. Axşam anama dedim ki, qorxuram, qoy sənnən yatım. Sonra başladım anama sual verməyə ki, mən öləcəmmi? Dörd-beş yaşlı bir uşağın ölümdən bu qədər qorxmasının özündə isə bir şey vardı. Elə bil beynimin hansısa yatmış bir layı, qatı açılmışdı. Həyat, insan, dünyanın gəlim-gedimi haqqında birdən düşünməyə başlamışdım. Elə bil bir gündə yüz ilin ömrünü yaşamışdım. O dünyasını dəyişən kişinin ruhuna, onun dəfn epizoduna çox minnətdaram. O epizod bütün ömrüm boyu mənim düşüncələrimi izlədi. O vaxta qədər bizim evlə üzbəüz qobunun o biri tərəfində olan qəbiristanlığa heç fikir verməmişdim. Ondan sonra gördüm bu qəbiristanlıq yaxın imiş... O düşüncələr bəlkə mənim yazıçı taleyimin ilkin təbəddülatları, notları idi... Təxminən üçüncü sinifdə oxuyanda Moskva, Qızıl meydan haqqında şeirlər yazmağa başlamışdım. Arada sevgidən, eşqdən yazdığım da olurdu. İlk şeirimQızıl Arazqəzetində işıq üzü görmüşdü. İndinin özündə yadımdadı:

Sual verdi sevgilim
Bir gün üz tutub mənə:
Nədir arzun həyatda,
Cavan oğlan, desənə?
Dedim həyatda yalnız
İki arzum var, ay qız.
Biri sənət dağının
Zirvəsinə ucalmaq.
Biri ki, səninlə
Ömür sürüb qocalmaq.

Orta məktəbdə oxuduğum illər idi. İlk qələm təcrübələrimi məktəb direktoru Savalan müəllimə oxuyurdum. Deyirdi ki, hələ bədii cəhətcə zəifdi, sən niyə öz kəndimizdən, doğma insanlardan yazmırsan? Sonra bu şeirləri poçtla Yazıçılar İttifaqına göndərdim. Çox iri, böyük bir konvertdə cavab yazmışdılar ki, bədii cəhətdən zəifdir. O məktubu yazan şair elə bil haradasa Savalan müəllimin qohumu idi. Eyni cavabı yazmışdı. Amma bir yaxşı cəhət var idi ki, zərf çox böyük idi. bu zərfin bu boyda böyük olması onu görənlərdə mənə qarşı qibtə qarışıq bir maraq oyadırdı. Zərfin içi məni, çölü görənləri yandırırdı. , onu da deyim ki, həmin illərdə başlamışdım sifarişlə şeirlər yazmağa. Əlamətdar günlər münasibətilə məndən şeir istəyirdilər. Rayon təhsil  şöbəsinin müdiri kəndə maşın göndərir, məni direktorla bərabər rayon mərkəzinə apartdırır, tədbirlərdə söz verirdi. Bir dəfə o zaman Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilov rayonumuza gəlmişdi. Görüşdə ona həsr etdiyim şeri oxudum. Durub məni boyu bərabəri qaldırdı, üzümdən ötdü. Telefon  nömrəsini yazdı ki, atana de, Bakıya yolu düşəndə mütləq səni yanıma gətirsin... Olub belə şeylər. Bütün bunlar sənət yolumun üstünə çıxan ilk qayğıkeşliklər idi. Məni vüqarlı, güclü böyüdürdü, inam verirdi. İndi durub desəm ki, o qayğıların mənim sonrakı taleyimdə müsbət yöndə heç bir əhəmiyyəti olmayıb, onda yalan danışmış olaram...

Seyran Səxavətin yalana münasibəti necədi?

Bayaq puldan danışdıq, dedim ki, pul nadan əlində nüvə başlığı, kütləvi qırğın silahıdı, alçaqlığın belindən gələn əkiztayıdı ha, bax, yalan da elə bir şeydir. Yalan yaltaqlığın lirikasıdı. Dostoyevski dünyanı gözəllik xilas edəcək deyirdi. Mənsə deyirəm ki, dünyanı yalan məhv edəcək.

Özünütəbliğlə məşğul olursunuzmu?

Düşünürəm ki, özümü təbliğ edəcəyim vaxtı yaradıcılığa sərf etsəm daha yaxşıdı. Hərdən dostlarım soruşur ki, yeni kitabında nədən yazıbsan? Deyirəm, insafsız adamsan... Deyir: “Niyə?” Cavab verirəm ki, mən yazıq həm əsər yazmalı, həm onu nəşr etdirməli, həm onun məzmununu sənə danışmalıyam?

Tənqidə münasibətiniz necədi?

Vicdanlı, obyektiv tənqidin əsiriyəm. Ancaq sovet vaxtında muzdlu tənqidçilər var idi, indi isə günəmuzd tənqidçilər var...

Adətən, yazıçı şairlər həmişə ilk sətri yazmağın ağırlığından şikayətlənirlər. Bu proses sizdə necə gedir?

Bütün səmimiyyətimlə deyirəm ki, mənim üçün dünyada yazı masasından zəhmli heç yoxdu. Gərək yazı masasının önünə əsnəyə-əsnəyə getməyəsən. Bu prinsipə həmişə əməl etmişəm. Ən çətini ilk cümləni, ilk misranı yazmaqdı. Onu gərək sən özün yazasan. Ondan sonra sözün özü çəkib aparmalıdır. Sona qədər. “Daş evlər iki cümləbirinci sonuncu cümlələr mənimdi, yerdə qalanları söz özü səni çəkib gətirib. Mən heç vaxt yazdıqlarımın üzərində düzəlmiş, redaktə-filan etmirəm. Olsa-olsa bir-iki vergül, söz düzəlişi edə bilərəm. Vəssalam. Bu, mənim yazı tərzimdir.

Yazıçı kimi mühitin təsirini necə hiss edirsiniz? 

Deyim ki, çox vaxt heç o mühitin, mənə təsir edən adamların özləri bilmir ki, mənə hansı müsbət enerjini verirlər. İsmayıl oğlu Bəylərin, Zeynalın, Adil Hacıyevin, Poçtalyon Qadirin müsbət enerjisi mənim üçün həmişə əziz olub. O insanların münasibəti ruhumdan elektrik enerjisi kimi keçib həmişə. Məni silkələyib, oyadıb...

  Danılmaz bir həqiqətdir ki, şair yazıçılar dilimizi qoruyurlar. Ancaq o da bir gerçəklikdi ki, bu gün söz adamlarının çoxu sözə naxələf çıxır, dilimizi korlamaq işinə daha çoxxidmətedirlər. Bir yaradıcı kimi bu məsələlərə mövqe bildirməyinizi istərdim.

Bu məsələlərlə bağlı mənim təqribən otuz minə qədər faktlara söykənən qeydlərim, əslində iradlarım var. Təbii ki, onların hamısını burada bir-bir söyləmək, necə deyərlər, açıb-ağartmaq imkan xaricindədi. Bu sahədə birincilik televiziya kanalları üzərinə düşür. İndi az qala Azərbaycan dili əvəzinə televiziya dili işlətmək məcburiyyətindəyik. O günü baxıram, cəbhə bölgəsindən veriliş verirlər, bir qadın ovcunda evinə atılan güllələri tutub belə deyir: “Dərden alem” – bu gözəldi, təbiidi. Amma sonra da əlavə edir: “Görürsən , güllələrə məruz qalerıx”. Deməli, xalq da başlayıb Azərbaycan dilində yox, televiziyasının dilində danışmağa. Əgər dilin yaradıcısı, qoruyucusu cilalayıcısı olan xalq da başlayıb televiziya dilində danışırsa, artıq bu fəlakətdir.  Dilimizə artıq güvə düşüb. Xalqgülləyə məruz qalmışıqdeməz, “göydən başımıza güllə, mərmi yağdırırlardeyər. Bu barədə konkret təkliflərim var; Bizdə Milli Teleradio Şurası fəaliyyət göstərir. Yaxşı olar ki, o qurumla bərabər bir növbətçi qrupu yaradılsın. O qrup televerilişləri bir həftə izləsin, müşahidə edilən nöqsanlar bir yerdə müzakirə olunsun. Mən özüm elə bir qrupla bir yerdə növbətçilik etməyə hazıram. Bu layihəniƏdəbiyyat qəzetigerçəkləşdirə bilər. Həm səviyyəsi, həm təcrübəsi buna imkan verir. Konkret deyirəm, bunu  Ədəbiyyat qəzetieləyə bilər etməlidi !

Ədəbiyyatın bir əsas işi nəfsinə, umacağına qalib gəlməyə cəhd edən insanın yanında olmaqdı. Necə bilirsiniz, bu istiqamətdəqalib gələcəkmi cahanda kamal?”.

Deyim ki, təmənna insanın əxlaqına güclü zərər vuran bir şeydi. Dünyada təmənnasız da bir şey qalmadığına ancaq təəssüf etmək olar. Bu, ədəbi cəhdimizin uğursuzluğa düçar olduğu bir sahədi. Yəni, ədəbiyyat bu qüsuru aradan qaldırmağa tam yardımçı ola bilməyib. Eləcə nəfsin tərbiyə prosesinə. Nəfs qədər dağıdıcı heç yoxdur. Həm təmənna, həm nəfs quduzluğa aparıb çıxarır. Təəssüf edirəm ki, bu deyilənlər indi çox vaxt yaradıcı insanların özlərinin daxilində tüğyan edir. Özü ilə mübarizə apara bilməyən söz adamı özgəsinə necə dərs verə bilər?

Seyran müəllim, yaxın günlərdə Azərbaycan yazıçılarının növbəti qurultayı keçirildi. Həm iştirak, həm maraqlı çıxış etdiniz. O qurultay daha çox ilə yadınızda qaldı!

Qurultayda edilən çıxışların səksən-doxsan faizi yaxşı mənada bir-biriylə səsləşirdi. Yəni, ötən dövr ərzində Azərbaycan ədəbiyyatı xeyli inkişaf edib, uğurlar var. Yazıçılar Birliyinin rəhbərliyi istedadlı insanların yanında olub, qayğı göstərib. Hörmətli Anar müəllimin fəaliyyəti ilə bağlı xoş fikirlərimi qurultaydakı çıxışımda bəyan etdim. Ancaq o qurultayda mənim yadımda daha çox Sabir Rüstəmxanlının proqram xarakterli, çox məsuliyyətli ağıllı çıxışı oldu. Bir Prezident Aparatının məsul işçisi Fatma xanım Abdullazadənin. Adam gərək olanı deyə. Fatma xanımın xüsusilə uşaq ədəbiyyatımızın problemləri, televerilişlərin səviyyəsi haqqında söylədikləri mənim ürəyimdən xəbər verdi. Görünür insanın insanı tanıması, onun fikir düşüncəsinə bələd olması üçün həm şərait, təmas lazım imiş. Həqiqətən mən o çıxışlardan çox razı qaldım.

İstedadlı adam sizin üçün kimdir?

İstedadlı adam nefti olan ölkələr kimi həmişə başıbəlalıdırlar.

Bəs ziyalı haqqında deyərdiniz?

Qısaca olaraq deyə bilərəm ki, ziyalını həmişə güzgüyə bənzədiblər. Bir evdə güzgü sınanda ailəyə bədbəxtlik gətirir. Ziyalı sınanda isə cəmiyyətə! Kaş ziyalılarımız heç vaxt sınmasın...

SizƏdəbiyyat qəzetində çalışdığınız vaxt həm bax elə bu otaqda əyləşibsiniz...

Bu otağı heç unutduğum da olmayıb. Düzdü, üç yüz on üç rəqəmi bir az nəhs rəqəmdi. Ancaq bu rəqəmlər müxtəlif anlamlarda mənə çox doğmadı. Oğlumun mənə bağışladığı telefonun nömrəsi 313-13-28-dir. Yetmiş illiyim münasibətilə seçilmiş əsərlərimin on üç cildini nəşrə hazırlayıram. Bax, elə indicə baxıb görürəm ki, saat on üçdü. Müsahibə üçün zəng edib mənə bildirəndə dedin ki, sizə otuz üç sual hazırlamışam... Bütün bunlar elə-belə şeylər deyil.  Mən burada işləyəndə kollektivi çox doğma, əziz görmüşəm. Yusif Əzimzadə Nəriman Həsənzadənin dövründə bizimlə Nəzakət, Pakizə, Əntiqə işləyirdi. Bir ailənin üzvü kimiydik. İnsan bəzən öz ailəsinin, doğmalarının yanında belə darıxır. Ancaq burda darıxdığımız gün heç olmadı. Rəhmətlik Sabir Əhmədov çox ciddi adam idi. Vidadi Məmmədov saqqızımı oğurlayırdı, mən Sabir müəllimi yeməyə dəvət edirdim. Üzünü bozardırdı ki, ə, siz nətəhər adamsınız? Elə ki, qurtardı, görürdüm Sabir müəllim özünəməxsus təbəssümlə üzünü mənə tutub deyir: “Ə, bəri bax görüm, günorta mənə demək istəyirdin?” Tez əlavə edirdi: “Bax, adama yüz qram araq, bir bakal pivə, bir az da sosiska, artıq olmaz”. Çətini o yüz qrama qədər idi. Sonra Sabir müəllim dönüb olurdu pilə kimi... Sərvaz, yadıma düşmüşkən, Elmira xanım işə gəlibmi? İstəyirəm görüşəm...

Fotoqrafımız Yaquba demişəm, indilikdə şəklimizi çəksin, Elmira xanımsa sabah işdə olacaq.

Oldu, sabaha qədər...

Söhbətləşdi: Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat qəzeti

 





14.07.2014    çap et  çap et