525.Az

Mərdliyin profilləri - C. F. Kennedi


 

İngiliscədən Telman Orucov tərcümə edib

Mərdliyin profilləri - <b style="color:red">C. F. Kennedi</b>

(Əvvəli ötən şənbə sayımızda)

Mən inanıram ki, bu gün Amerika vətəndaşlarının xeyli hissəsi bu rəylərə şərik çıxardı. onlar ən azı özəl qaydada 1946- ildə yaxşı sayda olan adamlar tərəfindən bölüşülürdü. Lakin bu işin nəticəsi barədə heç bir siyasətçi danışmırdı, hökm elan ediləndən sonra edama hazırlıq görüləndə, əlbəttə ki, heç kəs danışmırdı, ancaq Senator Taft danışdı.

Birləşmiş Ştatların Konstitusiyası Ohayodan olan Senatora siyasi qərarlar verməkdə bələdçilik edən İncil idi. Bu, onun mənbəyi, silahı xilası idi. Konstitusiya göstəriş verəndə ki, heç birex post facto qanunlarınayol verilə bilməz, Bob Taft bu resepti daim müdriklik universal tətbiq olunan kimi qəbul edirdi. Konstitusiya geniş təfsirə məruz qalmalı olan subyekt kimi sərbəst qaydada verilən siyasi vədlər toplumu deyildir. Bu, müvafiq qaydada tələb olunanda, asanlıqla kənara qoyulan xoşa gələn bayağılıqlar siyahısı da deyildir. Bu, Amerikan hüquq ədalət sisteminin bünövrəsi idi ona məğlub edilmiş düşməni cəzalandırmaq üçün Konstitusiya reseptlərini kənara atan öz ölkəsinin mənzərəsi tərəfindən nifrət təlqin olunardı.

İndiyədək müəmmalıdır ki, niyə o, nəsə deməli idi? Nyurnberq mühakimələri Konqressin müzakirələrindən əvvəl vaxt olmayanda baş vermişdi. Onlar hansısa kampaniya düşüncəsində bir məsələ deyildi. Burada həmin məsələ barədə heç bir Respublikaçı Demokratik mövqe yox idi ki, onu bütöv millət həvəsli qaydada, alqışla qarşılamasın. Birləşmiş Ştatların hansısa Senatorunun güclü çıxışı yox idi ki, o ölüm hökmünün icrasını dayandıra bilsin. Lazımsız çıxış siyasi cəhətdən baha başa gələcəkdi açıq surətdə boş şey olacaqdı.

Lakin Bob Taft danışdı.

6 oktyabr 1946- ildə Senator Taft bizim İngilis-Amerikan irsimiz barədə konfransın qarşısına çıxdı. Konfransa Ohayodakı Kenyon kolleci sponsorluq edirdi. Müharibə cinayətlərinin mühakiməsi elə məsələ deyildi ki, konfransda çıxış edənlərin buna şərhi gözlənilsin. Lakin Taft öz müraciətiniQanun əsasında bərabər ədalətadlandıraraq, özünün qorxulu romanı dramatik yaxınlaşması ilə yüklənmiş ümumi həvəssizliyini kənara atdı. “Qaliblər tərəfindən məğlubların məhkəməsi” – əgər auditoriya yollasa təəccüblənsəydi, o, diqqətə layiq bir qaydada dedi: “Heç cür qərəzsiz ola bilməz, onda belə qayda necə ədalət formalarının həddində ola bilər”.

Mən sual verdim ki, bu dar ağacından asılanlar nifrətə layiq olsalar da, alman xalqının liderləri idilər, təcavüzkar müharibə aparmaqla hətta pozulmuşdular da, çünki heç kəs qələbə çalmağı gözləmədən təcavüz müharibəsi aparmır. Bütöv mühakimənin özündə qisas ruhunun olduğu görünür qisas nadir hallarda ədalətli ola bilər. Məhkum olunmuş on bir adamın dar ağacından asılması Amerikanın nüfuzu üzərinə bir ləkə olacaqdır biz buna görə uzun müddət xəcalət çəkəcəyik.

Bu məhkəmələrdə Rusiyanın mühakimə etmək niyyəti ideyasını qəbul etdikbu, dövlət siyasəti idi, heç ədalət deyildionun İngilis-Sakson irsi ilə çox kiçik əlaqəsi vardır. Qanunu protsedura formasına bürünmüş siyasətlə biz, Avropada qarşıdakı illər üçün gələcək bütöv ədalət ideyasını gözdən saldıq. Son təhlildə, hətta qorxulu müharibənin sonunda, biz gələcəyə daha böyük ümidlə nəzər salmalıyıq, əgər ki, hətta bizim düşmənlərimiz inanırlar ki, biz qanunun bizim ingilis dilindəki konsepsiyasında onlara münasibət bəsləmişik”.

On günün içərisində Natsi liderləri asılmalı idilər. Lakin Bob Taft soyuqqanlılıqla danışaraq fakt məsələsini sıxılmış tonda dilə gətirirdi, hökmə görə peşimançılıq ifadə edirdi vaxtilə Napoleona edilən kimi məcburi sürgün təklif edirdi deyirdi ki, belə cəza daha müdrik addım olardı. Lakin hətta daha çox hüznlü cəhət o idi ki, mühakimələrin özüAmerikan qanunun fundamental prinsipini pozurdu, çünki adam ex post facto maddəsi ilə mühakimə edilə bilməzdi”. Ohayo Senatoru təkid edirdi ki, Nyurnberq Amerikan Konstitusiyasının tarixinə ləkədir, düzgün bərabər davranmaq barədə İngilis-Sakson irqindən ciddi surətdə uzaqlaşmaqdır, məhz həmin irs həqiqətən bu ölkəni bütün dünyada hörmət edilən etmişdi. “Biz hətta bizim xalqı azadlığın ədalətin sağlam prinsiplərinə öyrədə bilmirik” – deyə o, belə yekun vururdu. “Mən onları öyrədə bilmərəm ki, Almaniyadakı hökumət azadlığı ədaləti əzən idi. Bunu görürəm ki, ingilis dilli xalqlar bir böyük məsuliyyətə malikdir. Bu adamların düşüncəsini qanun əsasında bərabər ədalətə həsr etməyi bərpa etmək idi”.

Çıxış vaxt etibarilə qızışmaqda olan seçki kampaniyasının ortasına təsadüf etdi hər yerdə Respublikaçı milli namizədlər sığınacaq tapmaq üçün vurnuxurdular. Bu vaxt Demokratlar irəliləmək imkanından istifadə etdilər. Çox, çox sayda adamlar Taftın qeydlərinə qəzəblənmişdi. Almanları geri oturtmaq üçün vuruşmuş adamlar vuruşmuş, lakin güman ki, həyatdan köçmüş adamlar üçün təcavüzkarlar barədə siyasətçilərin yaxşı kəlmələri nifrətedici qaydada qarşılanırdı, bu siyasətçilər isə heç vaxt döyüşü görməmişdilər. Hitler onun kohortası tərəfindən terrorizə edilən həmvətənləri yəhudilərin, polyakların, çexlərin digər milli qrupların arasında olanlar şokda idilər. Buhenvalddakı digər natsist ölüm düşərgələrindəki qaz kameraları barədə xatirələr, Nyurnberqdəki yeni illustrasiyalarla təzələnən iyrənc vəhşilik əhvalatları müharibə itkilərinin yeni siyahısı ilə əmələ gələn ağrı əzab minlərlə amerikalının evlərinə daxil olurdubunlar ölçüyə sığmayan ağır təsirlərin arasında çoxlu ağrı nifrət doğururdu, bu vaxt Birləşmiş Ştatların Senatoru isə bu sadəcəəclafadamların mühakiməsinə hökmə məruz qalmasına peşimançılığını bildirirdi.

Hər bir Prezident seçkisində ən mühüm ştat olan Nyu-Yorkda müxtəlif millətlərin milli azlıq qruplarının baxışlarına xüsusilə səmimi olan siyasətin aparıldığı şəraitdə Demokratlar şadlanırdılar. Respublikaçılar isə hirsli qaş-qabaqlı idilər. 1944- ildə Respublikaçıların Prezidentliyə namizədi partiyaya nəzarət üstündə 1948-ci ildəki seçkidə namizəd göstərilməyə görə Taftın ən qəzəbli rəqibi, Nyu-York Qubernatoru Tomas E.Deuey bəyan etmişdi ki, hökmlər ədalətlidir bu bəyanatda Nyu-York Respublikaçıları Senata namizəd olan İrvinq İvzə qoşulmuşdular, o, demişdi: “Nyurnberqin müttəhimləri düzgün geniş mühakimə olundular. Dünyaya aqoniya gətirən bu natsistliderlərinə heç kəs rəğbət bəsləmir”. Nyu-Yorkdakı Demokratik ştat kampaniyasının meneceri Tafta çağırışla müraciət etmişdi ki, “bu ştata gəl natsist müharibə cinayətkarlarının həyatına haqq qazandırmağına görə tövbə et”.

Demokratik partiya tam hüquqa malik idi ki, soruşsun ki, əgər ictimaiyyət milli administrasiya növünü ya ştat administrasiyasının növünü tapmaq istəyirsə, Senator Taftın yaxşı münasibətləri mövcuddursa, Taftın qeyd etdiyi kimi, o, istəyir ki, cəzalandırılmış natsistlərin həyatına aman verilsin o, natsist qatillərinin ölüm hökmünü yüngülləşdirmək barədə Respublikaçıların təbliğat kampaniyasından ötəri yaxşı yol hazırlaya bilər”.

Nyu-York Respublikaçılar Konqressinin namizədi Ceykob K.Ceyvits Tafta teleqram göndərərək, onun bəyanatınıgələcək sülh naminə bütün mübarizə aparanlara xətər toxunduranadlandırmışdı. Birləşmiş Ştatlar Senatına Demokratik namizəd Nyu-Yorkda Taftın bəyanatına görə dərin şok keçirdiyini ifadə edirdi qeyd edirdi ki, onun əminliklə danışmasıdüzgün fikirləşən yaxşı ağıla malik olan Amerikanlar tərəfindən rədd ediləcəkdir”. Qubernatorluğa namizəd isə öz auditoriyasına demişdi ki, “əgər Senator Taft hətta natsist ölüm düşərgələrinin qurbanlarını görsəydi, heç vaxt belə bəyanat verməyə qadir olmazdı”.

Hətta milli paytaxtda da, haradakı Tafta böyük valeh olunma var idi onun sərt qərəzsizliyi az-çox gözlənilən idi, reaksiya heç fərqli deyildi. G.O.P. (Great Old Party – “Böyük Qoca partiya”, Amerikada Respublikaçılar partiyası çox vaxt belə adlanırtərcüməçi) liderləri ümumiyyətlə şərh verməyə meyl etdilər, lakin özlərinin Konqress namizədləri üçün nəticələrdən özəl qaydada qorxularını əks etdirirdilər. Mətbuat konfransında Respublikaçıların Konqress Kampaniyası Komitəsinin sədri bu məsələni şərh etməkdən imtina etdi, bəyan etdi ki, Nyurnberq müttəhimləri barədəöz ideyalarınamalikdir, lakinSenator Taftla ziddiyyətə girməyi arzulamır”.

Ancaq Demokratlar sevinirdilər, baxmayaraq ki, şok qaydasındakı fasadın arxasında öz şadlıqlarını gizlədirdilər. Həftəlik mətbuat konfransında Prezident Trumen təbəssümlü qaydada bildirdi ki, bu məsələ üstündə Senator Taft Qubernator Deuey arasındakı vuruşun baş tutmasına sevinəcəkdir. Demokratik çoxluğun Senatdakı lideri sonrakı vitse-prezidentKentakkidən olan Alben Berkeli kampaniya üçün yığılmış auditoriyaya dedi ki, Taftheç vaxt 1932-ci ildə şorba mətbəxləri barədə ürək kreşendosuna (musiqidə səsin güclənməsi. Burada ürəyin sürətli vurması nəzərdə tutulurtərcüməçi) məruz qalmamışdır, ancaq onun ürəyi Nyurnberqdəki cinayətkarlara görə ağrı ilə qan axıdır”. İllinoysdan olan Senator Skott Lukasın bəyanatı isə tipik bir Demokratik reaksiya idi, o, Taftın çıxışınıonun ortabab qarışıq düşüncəsinin klassik nümunəsiadlandırmışdı qabaqcadan xəbər verirdi ki, bu, “1948-ci ildəki Prezidentlikdən ötəri olan canlanma üçün bumeranq rolunu oynayacaqdır”.

İkinci Dünya müharibəsinin 11.000.000 vuruşan veteranı mister Tafta cavab verəcəkdir... Mən şübhə etmirəm ki, Respublikaçıların Milli Sədri Senatora icazə verəcəkdir ki, indi o, bir daha hansısa bir çıxış etsin, çünki Taft məhkəmələri Amerikan nüfuzuna ləkə adlandırmışdır... Amerika xalqı, tarix bununla razılaşmayacaqdır... Senator Taft buna inansa da, inanmasa da, on milyon adamı qətlə yetirməyə görə məsuliyyət daşıyan bu cinayətkarları müdafiə etmişdir”.

Hətta Taftın Ohayodakı mahalında, haradakı onun sərt konstitusionalizmi ona nəhəng populyarlıq qazandırmışdı, Senatorun çıxışı qəzəbə, utanmaya siyasi əks-sədaya səbəb oldu. Respublikaçıların Senatorluğa namizədi, keçmiş qubernator Con Briker, nəinki Taftın yaxın müttəfiqi idi, həm Qubernator Deueyin yanında 1944- ildə Vitse-Prezidentliyə namizəd olmuşdu. Onun Demokratik opponenti, üzərinə Senator vəzifəsi həvalə edilmiş Ceyms Haffman Brikerə səsləndi ki, ya Taftla ya da Deueylə bir yerdə dayan, həm bəyan etmişdi:

Ölkə müasir müharibənin bəlasından əziyyət çəkmişdir, 300.000-dən çox ən yaxşı adamını itirmişdir 300.000.000.000 dollar məbləğindəki resurslarını xərcləmişdir, çünki bu ittiham edilən qanqsterlər öz hərəkətlərinə görə heç vaxt hiss edə bilməmişdilər ki, qarşılaşacaqları hökmlər elə sərt olacaqdır... Bu elə bir vaxtdır ki, beynəlxalq cinayətlərə görə cəza zəifləməməlidir. Belə tənqid, hətta əgər ədalətli olsa belə, beynəlxalq tribunallar təsis ediləndə təklif edilməli idi”.

ToledonunBladeqəzeti öz oxucularına deyirdi ki, “çox sayda digərləri kimi bu məsələ barədə Senator Taft göstərmişdir ki, o, qəribə ağıla malikdir. Onun köməyi ilə hər şeyi görür praktiki olaraq heç nəyi başa düşmür...”.

KlivlendinPlain Dealerqəzeti yazırdı ki, Tafttexniki cəhətdən dəqiq ola bilərdi, lakin dönüb dünyadakı bütün tarix boyu ən pis boğazkəsənlər dəstəsinin sərbəst buraxılması, belə ümidsizliklə qurulmasına bəşəriyyətin ehtiyacı olduğu prinsiplərin dünyaya verilməsini uğursuzluğa düçar edəcəkdir: təcavüzkar müharibəni planlaşdıran başlayan prinsip isə aydın şəkildə bəşəriyyət əleyhinə cinayətdir”.

(Ardı var)

 





14.07.2014    çap et  çap et