525.Az

Ağalıda möhtəşəm bayram konserti - FOTOLAR


 

Ağalıda möhtəşəm bayram konserti<b style="color:red"> - FOTOLAR</b>

Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndində Novruz bayramı xüsusi coşqu ilə qeyd olunub.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağalı sakinləri uzun illərdən sonra baharın gəlişini doğma yurdlarında qarşılayıblar.

Bayram tədbirində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və nümayəndəliyin əməkdaşları, Ağalı sakinləri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Ağıllı kənddə təşkil edilən və Azərbaycan Dövlət Televiziyası vasitəsi ilə canlı yayımlanan konsert proqramı, səslənən milli musiqi və ifa olunan rəqslər böyükdən kiçiyə hər kəsə əsl bayram ab-havası bəxş edib.

Qeyd edək ki, Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonu Ağalı kəndində ümumilikdə 420 nəfərdən ibarət 86 ailə məskunlaşıb.

 





21.03.2023    çap et  çap et