525.Az

Ümummilli Liderin nəzərində İlyas Əfəndiyev yaradıcılığı


 

Ümummilli Liderin nəzərində İlyas Əfəndiyev yaradıcılığı<b style="color:red"></b>

Görkəmli sənət adamları sənət talelərindəki uğurlara görə bu böyük şəxsiyyətin həm özünün, həm dramaturgiyasının müstəsna rolundan fərəh hissi ilə söz açırlar. İlyas Əfəndiyev yaradıcılığının estetik özülündə milliliklə bəşəriliyin vəhdəti durur. Xalq yazıçısı bədii yaradıcılığında özünü novator orijinal bir sənətkar kimi tanıtdı. Bədii yaradıcılıqda yenilikçi orijinal olmaq isə əslində mədəniyyətin avanqardına çevrilib onu irəli aparmaq deməkdir. XX əsr Azərbaycan teatr tarixindəİlyas Əfəndiyev teatrıifadəsi, anlayışı praktiki təzahürü danılmaz kulturoloji faktdır. İlyas Əfəndiyevin tarixi dramlarında əsas aparıcı xətt qəhrəmanlıq motivləridir. Onun keçən əsrin 70-90- illərində qələmə aldığıMahnı dağlarda qaldı” (1971), “Xurşidbanu Natəvan” (1981), “Şeyx Xiyabani” (1986), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Tənha iydə ağacı” (1991), “Dəlilər ağıllılar” (1992), “Hökmdar qızı” (1994) tarixi dramları tarixə yeni təfəkkürlə yanaşması, yeni münasibəti, xalqımızın azadlığı müstəqilliyi uğrunda apardığı  mübarizə ilə bağlıdır. İlyas Əfəndiyev tarixə müraciət edəndə yasadığı dövr haqqında fəlsəfi mühakimələr aparmaq, müasiri olan insanların mənəvi-əxlaqi dünyasını araşdırmaq, cəmiyyət fərd, insan zaman arasında münasibətləri aydınlaşdırmaq üçün keçmişə doğru tarixin pillələrinə enir, dövrün ictimai-fəlsəfi mənzərəsini tarixi müstəvidə verməyə çalışır.

Ümummilli Lider Heydər Əliyev Xalq yazıçısı İlyas Əfəndiyevin ədəbiyyat tarixindəki mövqeyini xidmətlərini daima yüksək dəyərləndirmiş, bəzi dram əsərlərinin tamaşalarında iştirak etmiş yubileyi münasibətilə təbrik etmişdir. Ümummilli Liderin 24 may 1994- il tarixli fərmanı ilə Xalq yazıçısı Azərbaycan dramaturgiyasının nəsrinin inkişafında böyük xidmətlərinə görəŞöhrətordeni ilə təltif edildi. Azərbaycanın mədəniyyət xadimlərinə mükafatlar təqdim edərkən Ulu Öndər ustad sənətkarımızın yaradıcılığına yüksək qiymət vermişdir: “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İlyas Əfəndiyev Azərbaycan xalq yazıçısı fəxri adına layiq görülmüşdür. İlyas Əfəndiyev təxminən əlli ildir ki, Azərbaycan ədəbiyyatında fəaliyyət göstərir, bütün istedadlı yaradıcılığı ilə ona bağlıdır. Bir çox romanların pyeslərin müəllifi olan İlyas Əfəndiyev respublikada yazıçı dramaturq kimi xalq tərəfindən tanınmış, bəyənilmiş sevilmişdir. İlyas Əfəndiyevin yaradıcılığı çoxcəhətlidir. Onun romanları, povestləri, hekayələri, pyesləri müasir həyatımızı gözəl tərənnüm edir. İlyas Əfəndiyevin əsərləri həm səlis gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəmanlıq əməyi, həm müasir kəndin həyatı, həm Azərbaycan ziyalıları arasında mənəvipsixoloji proseslər inandırıcı şəkildə dərindən əks etdirilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü inkişafını diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün , gələcək həyat üçün nümunə olan adamların parlaq obrazlarını yaradır. O, öz sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində fəal iştirak edir”.

İlyas Əfəndiyevin 1971-ci ildə qələmə aldığıMahnı dağlarda qaldıdramında 1917 – 1920-ci illərdə baş verən hadisələr, xüsusilə Azərbaycan xalqının bəyxan zülmünə qarşı azadlıq uğrunda apardığı mübarizəsi təsvir edilmişdir. Əsərin bir yerində yeni qurulmuş hökumətin nümayəndəsi Nicatla Bayram bəy arasındakı dialoqda Bayram bəy deyir: “Müsavat hökumətinin əsas qayəsi insanlar arasında qardaşlıq, bərabərlik yaratmaq idi... Əgər, biz cəmiyyəti siniflərə bölsəydik, insanları birbirilərinə düşmən eləyərdik”. Sovet dönəmində müsavat dövrü haqqında əhatəli söhbət açmaq yazıçıdan böyük cəsarət tələb edirdi.Bu fikir özünün ictimaiidraki əhəmiyyətinə görə xüsusi seçilir. Xalq yazıçısıMahnı dağlarda qaldıpyesinə görə Azərbaycan Dövlət mükafatına layiq görüldü. İlk tamaşası 12 fevral 1971-ci ildə oynanılan bu əsər on bir il fasiləsiz repertuarda olmuşdur.

Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev Ümummilli Liderə həsr etdiyiHeydər Əliyev milli-mənəvi dəyərlərimizadlı monoqrafiyasında qeyd edir ki, “Teatr xadimlərinə münasibətdə Heydər Əliyevin çox xarakterik, ancaq onun özünəməxsus olan bir xüsusiyyəti var idi. Rejissorların, aktyorların yubileylərində onların evlərinə telefon açar, sənətkarları şəxsən özü təbrik edər, hal-əhval tutar nəyə ehtiyacları olduğunu öyrənərdi”. Professor  onun xalq yazıçısı İlyas Əfəndiyevə göstərdiyi böyük diqqəti xatırlayaraq yazır: “Mən onun İlyas Əfəndiyevə göstərdiyi böyük diqqətinin şahidi kimi onu deyə bilərəm ki,  Heydər Əliyev qayğısı sayəsində insanlar şəfa tapırdılar. İlyas Əfəndiyev Moskvada xəstəxanada yatarkən Heydər Əliyevin ona baş çəkməsi, qayğı göstərməsi bu  günə qədər bizim xatirimizdədir biz həmişə Ulu Öndərimizi şükranlıqla xatırlayırıq. Bu qayğı təkcə İlyas Əfəndiyevlə bağlı deyildi. Onun Süleyman Rüstəmə, Mirzə İbrahimova, Rəşid Behbudova, Qara Qarayevə, Fikrət Əmirova, Hökümə Bülluriyə, Yusif Səmədoğluna göstərdiyi qayğı xalqımızın yaddaşındadır”. Müəllif İlyas Əfəndiyevlə bağlı başqa bir faktı nümunə gətirərək yazır: “...DramaturqunMahnı dağlarda qaldıtamaşasının Dövlət  Mükafatı alması şəxsən Heydər Əliyevin təşəbbüsü ilə  baş tutmuşdu. Dövlət Mükafatı üzrə komissiya üzvləri o vaxt tamaşaya baxa bilməyiblərmiş. Dövlət Komissiyasının yekun iclasından sonra ona təqdim olunan siyahıdaMahnı dağlarda qaldıtamaşasının adını  görməyən Ulu Öndərimiz soruşur: “Niyə bu əsərin adı siyahıda yoxdur? Mən bu əsərə baxmışam bəyənmişəm- deyir, – o vaxt komissiya üzvlərinin bir çoxu da teatrda idi”.

Qüdrətli söz ustadının 80 illik yubileyi münasibətilə Ulu Öndər öz təbrikində İlyas Əfəndiyevi sənət zirvəsinə ucalmış fədakar sənətkar adlandıraraq yazmışdır: “Dünya mədəniyyətinə ölməz dühalar bəxş etmiş qədim Odlar diyarında xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə ucalmaq olduqca çətin şərəflidir. Siz fədakar əməyiniz sayəsində bu şərəfə nail olmuşsunuz. Oxucuların sevə-sevə mütaliə etdiyi nəsr əsərləriniz, milli teatrımızın səhnəsində tamaşaya qoyulan pyesləriniz bunu parlaq şəkildə sübut edir. Sizin yaratdığınız obrazlar xalqımızın övladlarına mənəvi saflıq vətənpərvərlik aşılanması işinə xidmət etmişdir. Əminəm ki, müstəqil Azərbaycanımızın hələ neçə-neçə nəsli bu zəngin mənbədən faydalanacaqdır”.

İlyas Əfəndiyevin tarixi dramları özünün bədii fəlsəfi fikir dərinliyi ilə sənətkarın yaradıcılığında xüsusi yer tutur. Yüksək ideyabədii səviyyəsinə, tarixi hadisələrin real təsvirinə müvəffəqiyyətli səhnə təcəssümünə görə dramaturqunXurşidbanu Natəvanəsəri həm oxucuların, həm tamaşaçıların dərin marağına səbəb oldu. Natəvan dramda təkcə bir şairə kimi göstərilməyib, o, həm şairlikdən çox Qarabağ bölgəsinin hökmdarı, xanı kimi göstərilib. Dövrün ziyalıları ilə ünsiyyətində, xalqın mədəni tərəqqisində, bütün məsələlərdə o güclü görünür, müsahiblərini üstələyir. Pyesin bütün fəsilləri dərin fəlsəfi fikirlər üzərində qurulmuşdur: “Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız insanın öz vətəninə, öz mənliyinə, öz ləyaqətinə sahib olmasındadır. Mən azadlığın qüdrətinə inanıram. İnsanın gözəl hisslərinin, gözəl fikirlərinin pərvazı üçün, insan ləyaqətinin yüksəlişi üçün həqiqi vicdan azadlığı lazımdır”. Bu sözlər dramın leytmotividir. Şairə, ictimai xadim Natəvan üçün Azərbaycanın birliyi, azadlığı, xalqın mədəniyyəti, dili, milli müstəqilliyi onun əsas amalıdır. Natəvanın nəzərində ikili  Azərbaycan yoxdur, bütöv Azərbaycan var. Əsərin sonunda Natəvan öz sinfinə qarşı çıxır mənsub olduğu sinifdən etibar görməyərək ondan üz döndərir: “Mən xan qızı Xurşidbanu inanmıram öz sinfimin alicənablığına! İnanmıram onların Vətən namusuna! Eşidirsinizmi, inanmıram! Mən bu gün, bu dəqiqədən etibarən onlara yadam” – deyərək yalnız əməkçi xalqa hüsnrəğbət bəsləyərək onların hüquqlarını müdafiə edir. Ümummilli Lider Heydər ƏliyevXurşidbanu Natəvanpyesinin uğurlu tamaşasına baxdıqdan sonra öz fikirlərini dramaturqa bildirərək demişdir: “Natəvanı gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı gözəl xan qızının timsalında siyasi baxımdan onun xan qızına layiq hərəkətləri ilə bizim Şərq qadınlarının obrazını yarada bildiniz. Mən buna görə sizə sağ ol deyirəm. Mən son monoloqunuza görə sağ ol deyirəm”. Natəvan daxili bir inamla deyirdi: “Gedin kəndlilərə deyin ki, onlar daha mənə vergi verməyəcəklər. Daha xan qızı Xurşidbanunun kəndi, torpağı yoxdur! Deyin ki, mən Xurşidbanu Natəvan bu əzablı yolları onlarla birlikdə gedəcəyəm! Onu da deyin ki, bu uçurumlu yolların sonunda bizi öz milli birliyini, azadlığını tapmış azad Azərbaycan gözləyir!” 80-ci ildə Natəvanın dili ilə mütəfəkkir sənətkar müstəqilliyimizə istiqlaliyyətimizə gedən yola işarə edirdi. İlyas Əfəndiyevin tarixi dramlarının tamaşası ilə ilgili dərin məzmunlu çıxışlarında Heydər Əliyev həm teatr, rejissor aktyor sənəti haqqında bir nəzəriyyəçiteatrşünas kimi maraqlı təhlillər edir elmi mülahizələr söyləyirdi.

(Ardı var)

 





14.07.2014    çap et  çap et