525.Az

Avstriya - Azərbaycan oyununun hakimləri müəyyənləşib


 

Avstriya - Azərbaycan oyununun hakimləri müəyyənləşib<b style="color:red"></b>

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstriya - Azərbaycan oyununun hakimləri açıqlanıb.

525.az xəbər verir ki, UEFA F qrupunun ilk matçına Polşadan olan hakimlər briqadasını təyin edib.

Martın 24-də Linzdə baş tutacaq qarşılaşmanı Bartoş Frankovski idarə edəcək. Ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Görüşdə ehtiyat hakim funksiyasını Damian Kos yerinə yetirəcək.

Qeyd edək ki, “Raiffeisen Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 





21.03.2023    çap et  çap et