525.Az

Ukrayna-NATO Komissiyasının iclası nazirlər səviyyəsində keçiriləcək


 

Ukrayna-NATO Komissiyasının iclası nazirlər səviyyəsində keçiriləcək<b style="color:red"></b>

“NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna-NATO Komissiyasının iclasının keçirilməsinə qərar verib”.

525.az TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto çərşənbə axşamı Brüsseldə Y.Stoltenberqlə görüşdən sonra deyib.

“Baş katib bəyan edib ki, Macarıstanın etirazlarına baxmayaraq, aprelin 4-də NATO Xarici İşlər Nazirləri Şurasının iclası zamanı NATO-Ukrayna Komissiyasının nazirlər səviyyəsində iclasını təşkil edəcək”, - o bildirib.

 





21.03.2023    çap et  çap et