525.Az

Rusiyada “Dostluq” kəməri üzərindəki nasos stansiyasına PUA ilə zərbə endirilib


 

Rusiyada “Dostluq” kəməri üzərindəki nasos stansiyasına PUA ilə zərbə endirilib<b style="color:red"></b>

Rusiyanın Bryansk vilayətində “Dostluq” neft kəməri üzərindəki neft nasosu stansiyasına pilotsuz uçuş apparatı (PUA) ilə zərbə endirilib.

525.az-ın xəbərinə görə, bu barədə Ğryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Telegram-da paylaşım edib.

Aleksandr Boqomaz bildirib ki, Ukrayna Silahlı Qüvvələri PUA ilə “Novozıbkov” neft nasosu stansiyasına hücum edib, xəsarət alanlar yoxdur.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub, təhlükəsizliyin təmini üçün Drujba, Mamay, Trostan, Dubrovka və Novskoe yaşayış məntəqələrinə elektrik verilişi dayandırılıb.

Qeyd edilib ki, operativ-istintaq tədbirlərindən sonra enerji təchizatı bərpa olunacaq

 





21.03.2023    çap et  çap et