https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
search
24 Aprel 2024
23 Aprel 2024

Rövnəq Abduallayev milli üzvləri ilə görüşdü

Rövnəq Abduallayev milli üzvləri ilə görüşdü

Bu gün Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

525.az xəbər verir ki, assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdə AFFA prezidenti millimizin üzvlərini Novruz bayramı münasibətilə təbrik edib, 2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələ oyunlarında komandamıza uğurlar arzulayb.

Baş məşqçi Canni De Byazi və millimizin kapitanı Emin Mahmudov AFFA rəhbərliyinə təşəkkürünü bildirib, qarşıdakı oyunlarda uğurlu nəticə qazanmaq üçün komandanın tam gücü ilə səfərbər olacağını qeyd ediblər.

Xatırladaq ki, Avro-2024-ün seçmə mərhələsində millimiz martın 24-də Linz şəhərindəki “Raiffeisen Arena”da Avstriya, 3 gün sonra isə Solna şəhərində yerləşən “Friends Arena”da İsveç komandası ilə qarşılaşacaq.(affa.az)

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.