525.Az

Azərbaycan Prezidenti Ermənistanın vəziyyəti qəsdən gərginləşdirdiyini ABŞ dövlət katibinin diqqətinə çatdırıb


 

Azərbaycan Prezidenti Ermənistanın vəziyyəti qəsdən gərginləşdirdiyini ABŞ dövlət katibinin diqqətinə çatdırıb<b style="color:red"></b>

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb.

525.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Prezidenti bu xüsusda 2023-cü il martın 5-də qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində 2 hərbi qulluqçumuzun şəhid olmasını və Novruz bayramı günü - martın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistanın növbəti təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralandığını qeyd edib.

 





21.03.2023    çap et  çap et