525.Az

Son sutkada 8 nəfər COVİD-19-a yoluxub


 

Son sutkada 8 nəfər COVİD-19-a yoluxub<b style="color:red"></b>

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən xəbərə görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 829 279 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 858 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 268 nəfərdir.

Ölkədə son sutka ərzində 465, hazırkı dövrədək isə 7 550 354 test aparılıb.

 





21.03.2023    çap et  çap et