|
|
|
|
Xırdalanda avtomobil qəzaya uğrayıb.
525.az APA-ya istinadən xəbər verir ki, qəza Xırdalan şəhərində Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Hüseynov Əfqan Hümbət oğlu idarə etdiyi “Ravon” markalı avtomobildə huşunu itirib.
İdarəetmədən çıxan maşın işıq dirəyinə çırpılıb. Sürücü ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.