525.Az

Azərbaycan nefti bahalaşıb


 

Azərbaycan nefti bahalaşıb<b style="color:red"></b>

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,96 ABŞ dolları, yaxud 2,62 % artaraq 76,71 ABŞ dolları təşkil edib.

525.az xəbər verir ki, dünən “Brent” markalı neftin may fyuçersləri isə 75,32 ABŞ dollarına satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

 





22.03.2023    çap et  çap et