525.Az

Qubada piyada avtomobil qəzasında ölüb


 

Qubada piyada avtomobil qəzasında ölüb<b style="color:red"></b>

Quba rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

525.az “Report”a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Firuz Heydərov idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə yolu keçmək istəyən rayon sakini 1941-ci il təvəllüdlü Hacağa Babaliyevi vurub.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

 





22.03.2023    çap et  çap et