https://525.az/img/pics/medium/2023-05/270631_8qi8zapis3.jpg Seçki məntəqəsində maraqlı evlilik təklifi
https://525.az/img/pics/medium/2023-05/270607_svr7gighol.jpg "Cəmiyyət teatra münasibəti ilə xarakterizə olunur"
https://525.az/img/pics/medium/2023-05/270597_ulne4biv52.jpg Prezident “Laçın” şəhər yarımstansiyasının açılışını edib
https://525.az/img/pics/medium/2023-05/270520_cn7jm9fd4r.jpg Cümhuriyyət dövründə dil
search
29 May 2023
28 May 2023

Latviya - İsrail oyunu azərbaycanlı hakimə tapşırılıb

Latviya - İsrail oyunu azərbaycanlı hakimə tapşırılıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda idarə edəcəyi növbəti oyun bəlli olub.

525.az xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi 6-cı qrupun III turundakı Latviya - İsrail matçında əsas hakim olacaq.

Ona Pərvin Talıbov və polşalı Mixal Sobçak laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını digər polşalı Patrik Qrıtskeviç yerinə yetirəcək.

Qeyd edək ki, martın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 6-cı qrupun matçları Polşada keçirilir. Məsiyev bu gün İsrail - Polşa oyununda da iş başında olacaq.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.