525.Az

Rusiya son sutkada daha 920 hərbçisini itirib


 

Rusiya son sutkada daha 920 hərbçisini itirib<b style="color:red"></b>

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 920 hərbçisini itirib.

525.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 167 490 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 5 tank, 8 zirehli döyüş maşını, 3 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

 

 





22.03.2023    çap et  çap et