|
|
|
|
"Turan Tovuz" klubu yeni futbolçu transferi reallaşdırıb.
525.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, panamalı Roderik Millerlə anlaşılıb.
31 yaşlı müdafiəçinin müqaviləsinin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Roderik Miller 31 dəfə Panama millisinin formasını geyinib.