525.Az

Futzal yığmamız Fransaya qarşı


 

Futzal yığmamız Fransaya qarşı<b style="color:red"></b>

19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

525.az Qol.az-a istinadən xəbər verir ki, millimiz Bosniya Herseqovinada təşkil ediləcək qrup oyunlarında Fransa yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qrupun digər matçında Yunanıstan və Bosniya və Herseqovina milliləri qarşılaşacaq.

22 mart.

20:00. Fransa – Azərbaycan
Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı

 

 





22.03.2023    çap et  çap et