525.Az

Türkiyə Superliqasını tərk edəcək klubların sayı bəlli oldu


 

Türkiyə Superliqasını tərk edəcək klubların sayı bəlli oldu<b style="color:red"></b>

Bu mövsümün sonunda Türkiyə Superliqasını tərk edəcək komandaların sayı bəlli olub.

525.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Ötən gün keçirilən iclasda qərara alınıb ki, "Hatayspor" və "Qaziantep"in zəlzələ səbəbindən çempionatda iştirakını dayandırdığı üçün elitanı 4 deyil, 2 klub tərk etsin.

Eyni qərar 1-ci liqaya da aid edilib. Zəlzələ bölgəsinin təmsilçiləri "Adanaspor" və "Yeni Malatyaspor" liqadan çəkildiyi üçün bu yarışı da mövsümün sonunda 4 deyil, 2 komanda tərk edəcək.

 





22.03.2023    çap et  çap et