"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola Almaniya millisinin Braziliya təşkil olunan dünya çempionatının qalibi olmasına münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan ispaniyalı mütəxəssis Bundestimin bu çempionluğa layiq olduğunu deyib:
"Almaniyanın çempionluğu inanılmazdır. "Bavariya"nın bütün oyunçularını və Almaniya yığmasının baş məşqçisi Yoahim Lövü təbrik edirəm. Çempionluğun dadını çıxarın, siz buna layiq idiniz".
Qeyd edək ki, "DÇ-2014"ün finalında Argentinanı 1:0 hesabı ilə məğlub edən Almaniya tarixində dördüncü dəfə dünya kubokuna sahib çıxıb.
çap et